Deputat: Aİ-nin mülki missiyası arabanın beşinci təkərinə bənzəyir
12:51 12.02.2024
Siyasət
494
Aİ-nin Monitorinq missiyasının mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrilib.
Bu barədə XİN-in məlumatında bildirilib.
“İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunur.
"Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurur”, - məlumatda qeyd edilib.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, Avropa İttifaqı birtərəfli qaydada Ermənistan və Azərbaycan şərti sərhəddi boyunca öz mülki missiyasını həyata keçirir:
"Belə bir missiyanın yaranması və məlum bölgəyə göndərilməsində isə Azərbaycan heç vaxt maraqlı olmayıb. Yəni Azərbaycanın razılığı olmadan həyata keçirilmiş missiyadır. İndi isə onun tərkibinin say baxımından artırılması siyasəti də baş verir. Ermənistan-Azərbaycan şərti sərhəddində tam sakitlik hökm sürür və atəşkəs pozuntusu qeydə alınmır. Belə olan halda Aİ-nın "Binokl diplomatiyası"na nə ehtiyac var? Azərbaycan-Ermənistan şərti sərhəddində yaranan sakitlik bilavasitə geosiyasi reallıqlarla və Azərbaycan Silahlı Qüvvələrinin tarixi zəfəri ilə bağlıdır. Eyni zamanda ərazi bütövlüyümüz və suverenliyimizin tamamilə bərpa olunması ilə əlaqəlidir. Görünən odur ki, rəsmi Brüssel Ermənistanda möhkəmlənmək üçün bu missiyadan istifadə edirlər. Həmin missiyanın fəaliyyəti isə azərbaycanafobiya və nifrət hissinin beynəlxalq ictimai fikirdə formalaşdırılmasına xidmət edir. Həmçinin missiya kövrək sülh danışıqları prosesinə mane olmaq mahiyyəti güdür. Hesab edirəm ki, Avropa İttifaqının bu missiyası arabanın beşinci təkərinə bənzəyir. Ona görə də belə bir missiyaya ehtiyac yoxdur. İlk baxımdan mülki missiya kimi görünsə də, hadisələrin gedişi bunu əks etdirmir. Yəni Avropa İttifaqı mülki missiya adi ilə yaranıb, sonradan yerini NATO-ya verəcək. Azərbaycanın isə bu məsələlər ilə bağlı prinsipial və qətiyyətli mövqeyini hər zaman bildirib. Biz Avropa İttifaqının mülki missiyasının əleyhinəyik. Çünki bu missiya regiona sülh deyil, toqquşma gətirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya