Diplomatik korpusumuz geri çağırıla bilər
Yusif Nəzərli
10:29 28.01.2023
Siyasət
430
Səfirliyimizə silahlı hücuma görə molla rejimi məsuliyyət daşıyır
Bakı ilk növbədə Vyana Konvensiyasının kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir
"Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum tamamilə siyasidir və məsuliyyəti birbaşa molla rejimi daşıyır". Bu barədə "Şərq"ə açıqlamasında politoloq Turan Rzayev deyib. Analitik vurğulayıb ki, İranda etiraz aksiyalarının davam etdiyini nəzərə alsaq, məntiqlə İranda nəinki odlu silah, heç soyuq silah belə daşımaq mümkün olmamalıdır. Lakin səfirliyə hücum edən şəxs paytaxt Tehranda səfirlik binasının önünə qədər "Kalaşnikov" markalı avtomatla gəlib və hüquq-mühafizə qüvvələri tərəfindən yoxlanılmayıb:
"Digər tərəfdən hücum edən şəxsin "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirməsi, iki nəfəri yaralaması göstərir ki, xüsusi təlim keçmiş biridir və SEPAH-la birbaşa əlaqəsi var. İran tərəfi öncə hadisəni törədən şəxsin erməni olduğuna dair informasiya yaysa da, sonra məlum oldu ki, teraktı İran vətəndaşı Yasin Hüseynzadə törədib. Molla rejimi hadisəni Ermənistan-Azərbaycan gərginliyinə yönəldərək məsuliyyətdən yayınmağa çalışmaq niyyətində idi. Səfirliyimizə edilən hücumun tarixinin 27 yanvar olması səbəbi ilə rejim hadisənin ASALA terror təşkilatı tərəfindən törədildiyini əsaslandırmağa çalışacaqdı. Çünki 1973-cü il 27 yanvar tarixində ASALA terror təşkilatının üzvü Qurgen Yanikyan ABŞ-də türk səfir Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore hotelinə dəvət edir və orada teraktı həyata keçirib. Hadisənin İran vətəndaşı Yasin Hüseynzadə tərəfindən törədildiyi aşkarlanmasaydı, mümkündür ki, terrorun məsuliyyətini ASALA üzərinə götürəcəkdi. Nəticə etibarilə İran rejiminin bu ucuz planı iflasa uğradı. Bu hadisənin məsuliyyətini birbaşa İran hakimiyyəti daşıyır".
Ekspert diqqətə çatdırıb ki, rəsmi Bakı İranın sərgilədiyi ermənipərəst mövqe və təhdidkar ritorikaya İsraildə səfirlik açaraq cavab vermişdi: "Bununla Azərbaycan İrana ondan çəkinmədiyini və nə qədər qərarlı olduğunu göstərmişdi. Tehrandakı səfirliyimizə edilən hücumla İran Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat olduğunu dedi.
Görünür, Tehran bununla digər ölkələrdəki səfirliklərimizə də mümkün hücumların ola biləcəyi mesajını verir. Hadisənin molla rejimi tərəfindən törədildiyi aşkarlanarsa və rəsmi şəkildə elan edilərsə, bu, müharibə səbəbidir.
Rəsmi Bakı ilk növbədə Vyana Konvensiyasının kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir. Hətta hadisə ilə bağlı araşdırmanın nəticəsindən asılı olaraq, diplomatik korpusumuz geri çağırıla da bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat