Dronlar, sadəcə, müşahidə aparır
Yusif Nəzərli
07:49 30.09.2021
Siyasət
698
Monitorinq Mərkəzinin fəaliyyəti Azərbaycanı qane edə bilməz
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə Soçi görüşündə Ağdamdakı Monitorinq Mərkəzindən danışıb. V.Putin deyib ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi fəal şəkildə fəaliyyət göstərir:
“Bu əməkdaşlıq sabitliyin və sülhə yönəlmiş növbəti addımlarda tərəflərin mövqelərinin koordinasiyasının ciddi təminatıdır”.
Putinin açıqlamasını “Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Monitorinq Mərkəzi regionda təhlükəsizliyin təmin edilməsi vəzifəsini daşıyır:
“Azərbaycan üçün Monitorinq Mərkəzi Türkiyənin rəsmi olaraq işğaldan azad edilmiş ərazilərdə yerləşdirilməsi deməkdir. Rusiya və Türkiyə arasında sülhməramlı missiyası ilə bağlı ciddi müzakirələr aparıldı. Türkiyə istəyirdi ki, Rusiya ilə birgə sülhməramlılarını Qarabağda yerləşdirsin.
Lakin Rusiya buna qarşı çıxdı. Nəticədə Monitorinq Mərkəzində uzlaşdılar, ortaq məxrəcə gəldilər. İki dövlətin hərbçiləri bu mərkəzdə əməkdaşlıq edirlər.
Fikrimcə, bunu Azərbaycan üçün Rusiya və Türkiyənin uzlaşdırılması məqsədilə yaradılan Cənubi Qafqazda əməkdaşlıq mərkəzi kimi də xarakterizə etmək olar.
Bu mənada Rusiya sülhməramlılarının sülhə nail olmaq istədiyini birmənalı şəkildə deyə bilmərik. Hazırda rus sülhməramlılarının fəaliyyəti Azərbaycanı qane etmir. Onlar separatizmi körükləyib, erməniləri müdafiə edirlər.
Erməni silahlı birləşmələrinin təxribatları göstərir ki, Monitorinq Mərkəzinin fəaliyyətində ciddi irəliləyiş yoxdur. Sadəcə, dronlar vasitəsilə müşahidələr aparılır”.
Samirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm