“Dünya birliyi Ermənistanın işğalçı mahiyyətini anlayır”
Turan
13:07 04.09.2019
Siyasət
753
“Ermənistan rəhbərliyinin heç bir hüquq normalarını nəzərə almadan qondarma rejimin “müstəqillik günü”nü qeyd etməsi beynəlxalq hüquqa ziddir”.
Bunu “Sherg.az”a açıqlamasında BAXC-sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Analitik bildirib ki, bu addım Ermənistanın beynəlxalq aləmi və qanunları heçə sayması anlamına gəlir:
“Dünya birliyi artıq Ermənistanın dövlət kimi işğalçı mahiyyətini anlayır. Doğrudur, bəzi dövlətlər onlara açıq şəkildə olmasa da, gizli şəkildə dəstək verirlər. Lakin bu dəstəyin arxasında ermənilərə dəstək yox, onların regionda olan maraqları durur. Bu baxımdan beynəlxalq güclər və həmsədrlər hələlik səs çıxarmağa tələsmirlər. Amma bu o anlama gəlmir ki, dünyada beynəlxalq qanunlar işləmir. Hələlik Azərbaycan inadla beynəlxalq qanunların işə düşməsini, həmsədrlərin öz vəzifələrini yerinə yetirməsini gözləyir. Təbii ki, Azərbaycanın səbri sonsuz deyil”.
Ekspert vurğulayıb ki, bizim səbr göstərməyimiz dövlətimizin sülhsevər, müharibə tərəfdarı olmadığı anlamına gəlir:
“Ermənistan tərəfi gec olmadan bunu anlamalı, Qarabağ münaqişəsində kompromisə gəlməlidir. Nə qədər sülh tərəfdarı olsaq da erməni tərəfi müharibədən başqa bizə yol buraxmır. Əminəm ki, güclü ordumuz müharibənin ilk saatlarındaca erməni tərəfinin müqavimətini qırıb, onları 2016-cı ilin aprelində olduğu kimi qaçmağa məcbur edəcək. Biz ilk növbədə beynəlxalq aləmə müharibəni zəruri edən səbəbləri açıqlamalıyıq. Beynəlxalq güclərlə ciddi iş aparmalıyıq ki, bizə mane olmasınlar. Eyni zamanda ordunu daha da möhkəmlətməli, xalqın milli ruhda hazırlığını təşkil etməliyik. Onsuz da bizim xalq hər zaman döyüşə hazır olub, yenə də hazırdır.
Dünya birliyi demokratik dövlətlərə hər zaman simpatiya ilə yanaşır. Bu baxımdan ilk növbədə demokratik imicimizi daha da gücləndirməliyik ki, beynəlxalq gücləri haqq işimizdə bizə dəstək versinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat