“Dünya post-Putin dövrünə hazırlaşır” – AKTUAL
Yusif Nəzərli
11:23 04.03.2022
Siyasət
630
Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci raundu başa çatıb. Nəticədə, tərəflər humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər. Eyni zamanda Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak mediaya açıqlamasında danışıqların üçüncü mərhələsinin yaxın günlərdə baş tutacağını diqqətə çatdırıb:
“Tərəflər müvəqqəti atəşkəs və hərbi əməliyyatların getdiyi bölgələrdəki yaşayış məntəqələrinin sakinlərinin təlxiyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair anlaşdılar.Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”.
Prosesi “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, kimlərsə bunu Ukraynanın geri çəkilməsi və Rusiyanın qələbəsi kimi təqdim edir:
“Kökündən yanlış fikirdir. Hazırda qısa müddətlik humanitar dəhliz açılıb. İkinci Qarabağ savaşında da belə olmuşdu.
Rus ordusunun Ukraynaya işğalçı hücumu ərəfəsində öldürülən şəxslərin cəsədləri yollarda qalıb. Bu ciddi epidemioloji fəsadlar yarada bilər. Qısa müddətlik elan edilmiş belə atəşkəs zamanı tərəflər meyidləri yığır, humanitar fəlakət yarada biləcək halların qarşısını alırlar. Döyüşlərin bundan sonra yenidən bərpa olunma ehtimalı yüksəkdir”.
Analitikin sözlərinə görə, hazırda tərəflər arasında belə qısa müddətdə atəşkəsin elan olunması gözlənilimir:
“Rusiyanın başlıca məqsədi Kiyevə hücumla Ukraynanı tam ələ keçirmək, xalqın seçdiyi qanuni prezident-Volodomir Zelenskini devirməkdir. Bununla rəsmi Moskva keçmiş SSRİ –ni bərpa etmək yolunda addımlar atır. Putin buna nail olmayacaq.Çünki son otuz ildə ilk dəfədir ki,Rusiya bu qədər ciddi iqtisadi, siyasi sanksiyalara məruz qalır”.
A.Rəşidoğlunun fikrincə, Ukraynada Rusiya işğalına qarşı döyüşlər bundan sonra da davam edəcək və Putinin hakimiyyətdən devrilməsi ilə nəticələnək:
“Artıq bütün dünya post-Putin dövrünə hazırlaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm