Elman Nəsirov: “Seçkilər çox şəffaf və demokraitk şəraitdə keçirildi”
Turan
10:08 11.02.2020
Siyasət
1449
“9 fevralda Azərbaycanda keçirilən parlament seçkiləri demokratik inkişaf yolunda növbəti addım idi”. Bunu Sherg.az-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizəd, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. Deputat seçilən E.Nəsirov vurğulayıb ki, Cəlilabadda keçirilən seçkilərdə çox böyük seçici fəallığı var idi:
“Baxmayaraq ki, qar yağmışdı, şaxtalı hava idi, amma insanların səsvermədə böyük növbəsi əmələ gəlmişdi. Hava şəraitinin pis olmasına baxmayaraq, seçicilər fəallıq nümayiş etdirirdilər. Hətta kişilər öz növbəsini qadınlara verirdi ki, xanım seçicilər soyuq havada çox durmasınlar. Birmənalı söyləmək lazımdır ki, seçkilər çox şəffaf və demokraitk şəraitdə keçirildi. 883 beynəlxalq müşahidəçi Azərbaycandakı seçkiləri müşahidə etdi. Onların mütləq əksəriyyəti seçkilərin şəffaf şəkildə baş tutduğunu, ciddi qanun pozuntularının yaşanmadığını qeyd etdilər. Lakin müxalif dairələr hər zaman olduğu kimi yenə də narazı qaldılar. Əslində bu, gözlənilən idi. Çünki müxalifət heç vaxt öz uğursuzluğunu, səhvini dərk etməyib. Həmişə başqasını ittiham edib. Halbuki onların sosial bazası olduqca məhduddur”.
E.Nəsirovun sözlərinə görə, xalq birmənalı olaraq Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə dəstək verir:
“Bu da təsadüfi deyil. YAP-ın rəhbəri ölkə lideri cənab İlham Əliyevdir. Məhz dövlət başçısının rəhbərliyi altında ölkəmizdə böyük və dərinləşən islahatlar həyata keçirilir. Xalq sosial rifahını yüksəldən ölkə başçısının siyasətinə və YAP-ın namizədələrinə səs verir. Hakim partiyanın artıq 69 namizədi digər rəqiblər arasında liderdir. Yeni Azərbaycan Partiyası 1993-cü ildən bəri bütün seçkilərdə qalib gəlib və davamlı qalibiyyət səlnaməsinə imza atıb. Növbədənkənar parlament seçkiləri də bu baxımdan istisna təşkil etmədi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə