Elxan Şahinoğlu: "...beynəlxalq gərginliklərlə bağlıdır"
00:22 26.11.2024
Siyasət
421
Rəsmi Ankaranın Kremllə telefon diplomatiyası...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb. Telefon söhbəti zamanı liderlər arasında ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə edilib, ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması vurğulanıb. Məlumatda qeyd olunub ki, bunu nəzərə alaraq, aidiyyəti qurumlar arasında əlaqə saxlanılacaq. Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar. Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla bir çox sahədə əməkdaşlığın artırılması müzakirə edilib. Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərinə və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığından bir gün sonra bu iki ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin də telefonla danışıblar. Ekspertin sözlərinə görə, Ankara ilə Moskva arasında telefon diplomatiyası beynəlxalq münasibətlərdə artan gərginliklə bağlıdır: "Türkiyə NATO ölkəsidir. Buna görə də Ankara əmin olmaq istəyir ki, Kreml Ukraynaya raketlər ötürən Qərb ölkələrini hədələyərkən dostu düşməndən ayıracaq. Ankaranın Moskva ilə təmasları həm də xarici siyasətin şaxələndirilməsi ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan Ağ Evin gələcək sahibi Donald Trampdan ABŞ qoşunlarını Suriyadan çəkməsini və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir. Tramp birinci prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq Ağ Ev sahibinin ətrafı buna imkan vermədi".
Analitik düşünür ki, Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir: "Ancaq Trampın andiçmə mərasiminə PKK-nın Suriya qanadının rəhbərliyinin dəvət edilməsi barədə xəbərin yayılması Vaşinqtonun Ankaraya xoş olmayan mesajıdır. Belə olan halda Ankara alternativləri hərəkətə gətirməyə qərar verib. Bu alternativlərdən biri də Ankaranın Moskva ilə telefon diplomatiyasını genişləndirməsidir".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil