Erməni din xadimləri öz mənsublarını müharibəyə çağırırlar
Erməni din xadimləri öz mənsublarını müharibəyə çağırırlar
Yusif Nəzərli
03:30 24.01.2023
Siyasət
493
Əslində səmavi dinlər, müqəddəs kitablar öz ardıcıllarını sülhə və birgəyaşayışa dəvət edir
Erməni kilsəsi və din xadimləri Azərbaycan xalqına qarşı düşmənçiliyi, kini və küdurəti alovlandırmağa davam edir
"Livandakı Böyük Kilikiya kilsəsinin katalikosu I Aramın ermənilərə müharibə ilə bağlı çağırış etməsi erməni dini liderlərinin sülh və əminamanlığın təmin edilməsi üçün çalışmaq əvəzinə, onları revanşizmə və müharibəyə səslədiyini bir daha göstərir". Bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, bu həm də onu göstərir ki, erməni kilsəsi və din xadimləri öz “ənənələrinə” sadiq qalaraq Azərbaycan xalqına qarşı düşmənçiliyi, kini və küdurəti alovlandırmağa davam edirlər:
"Birinci Qarabağ müharibəsi zamanı da erməni keşişləri Azərbaycana qarşı ədavətin qızışdırılmasında əsas aparıcı rolu oynayırdılar. İkinci Qarabağ müharibəsində də onlar əllərinə avtomat alaraq erməni xalqına pis nümunə oldular. Bu, eyni zamanda erməni dini liderlərinin məsuliyyət hisslərini itirdiyini, bölgəmizdə kövrək sabitliyin pozulması üçün səylə çalışdıqlarını təsdiq edir. Əslində səmavi dinlər, müqəddəs kitablar öz ardıcıllarını sülhə və birgəyaşayışa dəvət edir. Erməni din xadimləri isə öz mənsublarını müharibəyə çağırırlar. Bu yanaşma ilə onlar öz dinlərinin də prinsiplərini pozur, ona xəyanət edirlər. Yalançı və saxtakar din xadimi olduqlarını bütün dünyaya göstərirlər".
C.Məmmədov qeyd edib ki, erməni keşişləri anlamalıdırlar ki, bu çağırışlar erməni xalqına yeni faciə və müsibətlər yaşada bilər:
"Əslində ermənilər 44 günlük müharibədən ciddi nəticə çıxararaq bir də müharibə barədə düşünməməli idilər. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq fonunda bölgəyə sülhün gəlməsi üçün əlverişli imkan yaranmışdı. Ermənilər, erməni din xadimləri bu imkanı da düzgün dəyərləndirə bilmədilər. Bu fürsətin düzgün dəyərləndirilməməsinə görə məsuliyyəti həm də cinayətkar erməni kilsəsi daşıyır. Onlar müharibənin erməni xalqına yeni faciələr gətirəcəyini bilə-bilə müharibəyə növbəti dəfə çağırış edirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat