Ermənilərin təxribat cəhdi:“Çoxsaylı provokasiyalar olacaq, amma...” - VİDEO
Fidan Həmişəyeva
10:47 03.05.2021
Siyasət
763
“...Buna başqa formada məna verməyə ehtiyac yoxdur”
“Önəmli olan odur ki, iki dövlət arasında demarkasiya, daha sonra delimitasiya prosesi bitsin”
“Bu, hətta dövlətlərarası müqavilələrin də imzalanmasına gətirib çıxara bilər”
Sosial şəbələlərdə Azərbaycan - Ermənistan sərhədçiləri arasında yaranmış konfliktin videogörüntüləri yayılıb. Sözügedən hadisə Azərbaycan - Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.
Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasındakı mübahisə yer alıb.
Baş verənləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, noyabrın 10-da bağlanan üçtərəfli razılaşma əsasında sərhədlərin müəyyənləşməsi prosesi davam etdirilir:
“Müxtəlif versiyalar var ki, erməni hərbçilər və yaxud rus sülhməramlıları tərkibində xidmət edənlər hər kimlərdirsə, “GPS” sistemi ilə məhz ərazilərin ölçüsünü müəyyən edirlər. Ermənilər çalışırlar ki, yanlışlıq olsun və Azərbaycanın sərhədlərinin içərisinə doğru irəliləsinlər. Azərbaycan DSX əməkdaşları da bu duruma çox peşəkar şəkildə cavab verdilər.
Həm əsgərlərimiz, həm də zabitlərin hazırlıq peşəkarlığının hansı səviyyədə olduğu göründü. Bütün bunlar bizim həqiqətən də haqlı olmağımızın, ordumuzun peşəkarlıq səviyyəsinin göstəricisi idi.
Dünyada bu cür təxribat halları çox olur. Lakin əsas odur ki, normal qaydada səbir edib, proseslərdə partladan tərəf olmayasan. Çünki həm haqlıyıq, həm qalib gəlmişik, həm də danışıqlar prosesinin bir hissəsi olduğundan qarşı tərəfin əməkdaşları əllərini sallaya-sallaya gəlirlər”.
Ə.Əlibəylinin sözlərinə görə, videogörüntləri normal qarşılamaq lazımdır:
“Çünki o görüntülər prosesin tərkib hissəsidir. Çoxlu sayda təxribatların şahidi olacağıq. Buna başqa formada məna verməyə ehtiyac yoxdur. Önəmli olan odur ki, iki dövlət arasında demarkasiya, daha sonra delimitasiya prosesi bitsin. Bu, hətta dövlətlərarası müqavilələrin də imzalanmasına gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm