Ermənistan anti-Rusiya siyasətini açıq müstəviyə keçirir
Yusif Nəzərli
02:36 30.12.2022
Siyasət
685
Qarabağdakı silahlı ermənilərin ciddi təxribatlar törədə biləcəyi istisna deyil
"Ermənistan Baş naziri Nikol Paşinyan “Azərbaycanın hərbi əməliyyatlar hazırladığını, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var” iddiasını irəli sürüb". Bu barədə politoloq Asif Nərimanlı "Şərq"ə açıqlamasında deyib. Ekspert bildirib ki, Baş nazir bununla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Azərbaycanı yeni əməliyyata sövq edir” iddiasını bir qədər yumşaq formada davam etdirib: "Son proseslər fonunda İrəvanın siyasətində bir xətt aydın sezilir. Ermənistan anti-Rusiya siyasətini açıq müstəviyə keçirir. Qərbə yönələn siyasi oriyentasiyasını inkişaf etdirir. Bakını Moskva ilə eyni səbətə qoymaqla Azərbaycan-Ermənistan münasibətlərində Qərbin İrəvandan yana siyasətini təmin etməyə çalışır. Ekspertlərə görə, Paşinyanın “Azərbaycan əməliyyata hazırlaşır” iddiası da Laçın yolunda baş verənlər fonunda beynəlxalq diqqəti Qarabağda “humanitar” fəlakətə yönəltməyə hesablanıb. Lakin bu, həm də prosesin inkişafı istiqamətini də müəyyən edir: Ermənistan “Qarabağda “humanitar fəlakət” iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktik nəticə əldə edə bilmədi. Prezident İlham Əliyev Ermənistan və dəstəkçilərinin növbəti cəhdə hazırlaşdığını bildirdi. TŞ-də yenidən müzakirələrin keçiriləcəyi gözlənilir. Hərçənd, Moskvanın sülhməramlılarını yerləşdirdiyi bölgəyə müdaxiləyə veto hüququnu qoymaq, eləcə də Bakının razılığının vacibliyi amili növbəti cəhdin də praktik nəticəsinin olacağı ehtimalını azaldır. Bu situasiya fonunda Qarabağda mümkün müharibənin başlanması Ermənistana imkan verəcək ki, Azərbaycana qarşı ittihamlar irəli sürsün. Həmçinin Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini iddia etsin. Eyni zamanda BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın. Bu baxımdan, Qarabağdakı silahlı ermənilərin ciddi təxribatlar törədə biləcəyi istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat