Ermənistan mediası Kremli hədəfə alıb: Məqsəd Rusiyadan daha çox pul və silah almaqdır
Turan
10:37 12.12.2019
Siyasət
983
“Rusiya İrəvanı Qarabağa görə tələsdirir”. Bu iddia ilə Ermənistanın “İrates” qəzeti çıxış edib. Erməni mediası yazıb ki, Rusiya Qarabağ məsələsində ciddi tələskənlik nümayiş etdirir. Nəşrin bildirdiyinə görə, xarici işlər nazirlərinin son görüşünə də məhz bu kontekstdən yanaşılmalıdır. Qəzet vurğulayıb ki, eks prezident Serj Sarkisyan yaxın adamlarına deyib ki, Nikol Paşinyanın ona, hətta Ermənistana etdikləri Qarabağ məsələsindəki təhlükəli fəaliyyətindən daha az narahatedicidir.
Son günlər erməni mediasında Rusiya əleyhinə informasiyalar yayılmaqdadır. Daha doğrusu, məqalələr əsasən “Moskvanın İrəvanı satması, Qarabağ münaqişəsində Bakı ilə yaxınlaşması, Rusiyanın Paşinyanı ciddi qəbul etməməsi” və s. sərlövhələrlə təqdim olunur. Ekspertlərə görə, düşmən ölkə mediasının Kremli hədəf almasının bir sıra səbəbləri var.
Erməni mətbuatının yaydığı informasiyaları şərh edən BAXCP sədrinin müşaviri Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Moskva istəsə də İrəvanı sata bilməz, çünki Rusiyanın İrəvanda geostrateji maraqları var.
Politoloq vurğulayıb ki, Ermənistanda olan rus qoşunlarının mövcudluğu bu maraqların nəticəsidir: “Hamı bilir ki, 102-ci baza sovet dövründən NATO-ya qarşı orada yerləşdirilib. Hazırda Türkiyə NATO üzvü və Rusiyanın qonşusu kimi nəzəri cəhətdən də olsa, Rusiyaya qarşı təhlükə mənbəyi sayıla bilər. Ona görə də Moskvanın Gümrüdəki 102-ci bazasının mövcudluğu zəruridir. Rusiya-Ermənistan-NATO-Türkiyə və Azərbaycan sıralamasında NATO qıfıl rolunu oynayır. Hərbi alyans regiondakı gərginliyin əsas səbəbidir. Çox vaxt Ermənistanın Rusiya ilə “sərt” və həyasızcasına davranışına sükutla cavab veririk. Çünki anlayışımıza görə, Rusiya olmasa, Ermənistan batar. Ermənilər Moskvanın siyasətini dərindən bildiyi üçün istədiyi vaxt rusa “naz” edirlər. Məsələn, qazı ucuz almaq istəyir, pul, kredit, silah tələb edir və s. İrəvan bilir ki, müəyyən məsələlərdə Moskva onlardan istifadə edir”.
Partiya təmsilçisinin fikrincə, Ermənistanın NATO və Qərbə inteqrasiya siyasəti də erməni oyunudur:
“Məqsəd Rusiyadan daha çox pul və silah almaqdır. Rusiyanın əzəli rəqibi kimi Qərb çalışır ki, müxtəlif adlarla - demokratiya, söz azadlığı və başqa vədlərlə erməniləri öz tərəfinə çəksin, rusun təsirini azaltsın. Lakin yanacaq asılılığı, Rusiyadakı erməni lobbisinin ölkə cəmiyyətinə dərin inteqrasiyası və Qarabağ münaqişəsi indiki halda Qərbə inteqrasiyanı arxa plana keçirir. Ermənistanın “Qərbə inteqrasiyası” erməninin ikibaşlı oyunudur. Türkiyə bu oyunda açar rolu oynayır. Əgər Ankara hökuməti Rusiya ilə həqiqi razılığa gəlib, Moskvanın NATO qorxusunu aradan qaldıra bilsə, regiondakı dağıdıcı proseslər qaydasına düşər. Bir məqamı da vurğulayım ki, Paşinyana qarşı mübarizə aparan “Qarabağ klanı” təbii olaraq münaqişənin həll edilməsinə maraq göstərmir. Amma bu, onların istəyi ilə bağlı məsələ deyil. Regional problemlər həll edildikdə, bu məsələ də öz həllini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə