"Ermənistan Sovet ordusunu ərazisindən çıxaran ilk ölkədir”
Yusif Nəzərli
16:12 09.01.2023
Siyasət
503
Ermənistanda bazar günü parlamentdənkənar Milli Demokratik Qütb bloku Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Ermənistanda “Dağlıq Qarabağ”, Azərbaycanda isə “Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri” adlandırdılan bölgənin, iddia etdikləri kimi “davam edən blokadasına” etiraz bildiriblər.
Aksiya iştirakçıları Laçın yolunda yaranmış vəziyyətə görə o cümlədən, Rusiya sülməramlı kontingetini də (RSK) günahlandırıblar.
Aksiyaçılar RSK-dan Laçın yoluyla bağlı “öhdəliklərini yerinə yetirməyi” tələb ediblər.
Onlar RSK-nın məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmasını tələb edirlər.
Gümrüdəki etirazçılar əllərində “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Artsaxa beynəlxalq sülhməramlılar”, “Rusiya-Türkiyə işğalına - yox” yazılı plakatlar tutublar.
Bazar günü keçirilmiş aksiyanın iştirakçıları həmçinin bəyan ediblər ki, Ermənistan KTMT-dən çıxmalı və “Rusiya işğalına” “yox” deməlidir.
Ermənistan polisi etirazçıların Rusiya hərbi bazasına yaxınlaşmasına imkan verməyib. Polis aksiya iştirakçılarına “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarını pozduqları ilə bağlı xəbərdarlıq edib.
Ermənistan Polisinin mətbuat xidmətinin məlumatına görə, aksiya zamanı “65 nəfər saxlanılıb.”
Məsələyə münasibət bildirən politoloq Mübariz Əhmədoğlu "Sherg.az"a vurğulayıb ki, Ermənistanın indiki siyasətçilərinin özlərinin yaxın tarixindən xəbəri yoxdur:
"Ermənistan Sovet ordusunu ərazisindən çıxaran ilk ölkədir. 1988-ci ildə Teatr meydanında səslənən şüarlardan biri "İvan şnelini götür, çıx get burdan" idi. Onlar Sovet ordusunu bu şüarla da çıxartdılar. Azərbaycan ordusu 1992-ci ilin sonu 1993-cü ilin əvvəlində artıq Xankəndinə yaxınlaşırdı. Ermənistanın həmin dövrdəki prezidenti Petrasyan Yelsinin ayağına yıxıldı ki, rus ordusunu geri qaytar. Bax, 102-ci bazanı Petrasyan Yelsinə yalvararaq Ermənistana gətirir. İndiki vəziyyətdə əgər Rusiya hakimiyyətinin milli qeyrəti və tarixi yaddaşı varsa, sülhməramlıları Azərbaycandan, 102 -ci bazanı da Ermənistandan çıxarar. Bu təqdirdə İrəvandakı hər kəs yalvara-yalvara Moskvanın ayağına qaçacaq".
Analitik qeyd edib ki, Kreml belə addımlar atmadığı üçün Qarabağ məsələsi 30 il uzandı:
"Yəni Ermənistana ən təsirli cavab onu tək qoymaqdır. Ermənilər rusları istəmir, onlar isə qoşunlarının qalması üçün yalvarır. Ümumiyyətlə, Moskvanın Ermənistan ərazisində qoşununu saxlamaq və onları yerində oturtmaq iqtidarındadır.
Rusiya artıq başa düşür ki, Laçın yolu və sülhməramlıların yerləşdirildiyi ərazi Azərbaycan torpaqlarıdır. Putinin müharibənin Qarabağda getməsi barəsində xeyli bəyanatı var. Yəni Qarabağın Ermənistanla heç bir əlaqəsi yoxdur. Ermənilər ruslarla birlikdə gələcəkdə Azərbaycanın daxili işlərinə qarışmaq üçün, həyasızlıq edərək kiçik bir nəfəslik saxlamaq istəyir.
Bizim isə güclü ordumuz, xalqımız və rəhbərimiz var. Rəsmi Bakı İrəvanın istədiyini etməsinə heç vaxt icazə verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat