Ermənistan yekun sülhə gəlmir:“Paşinyan Putindən tapşırıqlar alıb”
Banuçiçək Kalbalıyeva
12:35 15.07.2021
Siyasət
641
“Həmçinin Rusiya Müdafiə Nazirliyinin bəyanatları Moskvanın “yaxasını üçtərəfli razılığın icrasından çəkmək” cəhdləridir”
“Kremlin təhrikilə Ermənistanda revanşist əhval-ruhiyyə güclənib”
“Eyni zamanda Fransa prezidenti Emanuel Makronun Ermənistana səfəri gözlənilir”
Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı zamanı bir çox mühüm məqamlara toxunub. O, bilirib ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumata görə, Ermənistan buna hazır deyil.
“Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. – deyə, dövlət başçısı əlavə edib.
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli yekun sülh müqaviləsi barədə proqnozlarını “Sherg.az”la bölüşdü.
O, bunun yaxın gələcək üçün gözlənilmədiyini dedi: “Prezidentin kəskin mövqeyi təqdirəlayiqdir. Lakin proseslər göstərir ki, Ermənistan bu barədə, ümumiyyətlə, düşünmür. Həmçinin Rusiya Müdafiə Nazirliyinin bəyanatları Moskvanın “yaxasını üçtərəfli razılığın icrasından çəkmək” cəhdləridir. Kremlin təhrikilə Ermənistanda revanşist əhval-ruhiyyə güclənib. Görünür, Paşinyan Moskvada Putindən müəyyən tapşırıqlar alıb. Eyni zamanda Fransa prezidenti Emanuel Makronun Ermənistana səfəri gözlənilir. Dövlət başçısı daxildəki revanşist emosiyaları bir az da gücləndirməyə çalışacaq. Beləliklə, dediyim kimi, hələlik yekun sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Həm də bu, bizim bütün şərtlərimiz yerinə yetiriləndən sonra olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm