
Ermənistanı məcbur etməliyik:"Bu da hərbi gücün istifadəsindən keçir”
Yusif Nəzərli
15:28 05.01.2023
Siyasət
724
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlar ilə əlaqədar 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır. Bu bəyanat beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır”. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar 2023-cü il tarixli bəyanatına dair şərhində bildirilib.
Azərbaycan XİN-i Ermənistanı siyasi və hərbi təxribatları dayandırmağa çağırıb.

Ermənistan tərəfinin hər zaman təxribat törətdiyini deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, onların əməlləri təkcə diplomatik müstəvi ilə də yekunlaşmır:
"Rəsmi İrəvanın təxribatlarındakı əsas məqsəd, Ermənistan tərəfinin 2020 - ci il savaşında məğlub olması və Azərbaycanın dünya siyasətində nüfuzunun getdikcə artması qorxusudur. Onlar ehtiyat edərək Cənubi Qafqazdakı prosesləri uzatmağı hədəfləyirlər. Çünki indiki məqamda sülhün imzalanması və beynəlxalq səviyyəli layihələr birbaşa Azərbaycanın diqtəsi ilə həyata keçiriləcək. Bu isə Ermənistanın milli maraqlarını sıradan çıxara bilər. Bu səbəblə də rəsmi İrəvan prosesləri maksimum dərəcədə uzatmağı düşünür. Uzun müddətdə heç kim nələrin baş verəcəyini bilmədiyi üçün, onların Azərbaycana qarşı koalisiya yarada bilmək ümidləri var".
Analitik əlavə edib ki, Ermənistanın çağırışlarımızı diqqətə alması üçün onları məcbur etməliyik:
"Bu məcburiyyət hərbi gücün istifadəsindən keçir. Rəsmi Bakının atdığı son addımlar da belə bir məqsədin mövcudluğundan xəbər verir. Bu o demək deyil ki, Azərbaycan genişmiqyaslı əməliyyatlara başlayacaq. Amma istənilən halda güc nümayiş etdirməklə, istədiyimiz nailiyyətləri əldə etməyi nəzərdən keçirməliyik. Ümumiyyətlə, 2023-cü ildə bir sıra ciddi dəyişikliklərlə qarşılaşacağıq. Bu dəyişikliklər Cənubi Qafqazda da baş verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat