Ermənistanın mina terroru ilə bağlı məlumatların hesabatı hazırlanıb
17:46 18.07.2023
Siyasət
473
Ermənistanın Azərbaycanda mina terroru ilə bağlı məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatı hazırlanıb.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 25 illiyinə həsr olunmuş tədbirdə deyib.
Müvəkkil mina probleminin aradan qaldırılmasının dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu qeyd edərək minaların və hərbi sursatların partlaması nəticəsində bu günədək 300-dən çox şəxsin həyatını itirdiyini və ya ağır yaralandığını, bu göstəricilərin artmaqda davam etdiyini bildirib.
S.Əliyeva mövcud mina probleminin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdış prosesini ləngitdiyini, bölgədə həyata keçirilən bərpa və quruculuq işlərinə, habelə regionda sülh quruculuğu prosesinə ciddi maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ombudsman həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə cəbhə xəttində, ona yaxın ərazilərdə, eləcə də mülki əhalinin hədəfə alındığı şəhər və rayonlarda faktaraşdırıcı missiyaların həyata keçirildiyini, mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi barədə məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatının hazırlandığını bildirib.
Müvəkkil hazırlanmış sənədlərin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual