
Ermənistanın silah tədarükü: Savaşa hazırlaşırlar?
10:57 12.02.2024
Siyasət
663
Bizdə hərbi sənayedə inqilabi dəyişikliklər var. Ermənistanda istehsal olunan silahlar artıq ordunun ixtiyarına verilib.
Bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan deyib.
“Bu silahlar bəlkə də dördüncü və ya beşinci nəsildir. Lakin inkişaf etmiş ölkələr var ki, bu silahları hələ istehsal etmir. Tempi qoruyub saxlasaq, 1-2 ildən sonra dünyada erməni nailiyyətləri kimi tanınan yüksək texnoloji işlərimiz olacaq. Ermənistan kiçik ölkədir, hər şeyi istehsal edə bilmir, ultra müasir, daha çox problemləri həll edən texnika istehsal etməyə çalışırıq və bu hərbi texnika yüksək texnologiyalardan istifadə etməklə istehsal olunur. Əlbəttə ki, bütün bunları uzun müddət gizlətmək mümkün olmayacaq, amma bu anda ən doğru şey çox işləmək və az danışmaqdır”, - o bildirib.
Deputat qeyd edib ki, PUA istehsalı ilə bağlı da planlar var və bu işlər davam etdirilir:
“Azərbaycan və Türkiyə silahlanır və bütün bunları nəzərə alaraq biz qarşımızda duran vəzifələri bilirik və müvafiq tədbirlər görürük. Bir neçə ildən sonra yüksək döyüş qabiliyyətinə malik müasir ordumuz olacaq və yaxın illərdə Ermənistan məhsulları beynəlxalq bazarlarda yaxşı tanınacaq”.
Xaçatryanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət "Sherg.az"a söyləyib ki, Ermənistan qorxduğu üçün müəyyən addımlar atdığını göstərməyə çalışır:

"Ermənistan iqtisadi, texniki və elmi imkanlarına görə heç vaxt Azərbaycanı üstələyə bilməyəcək. Digər tərəfdən Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) əsas qurucu üzvlərindən biridir. Azərbaycan işləri getdikcə daha çox TDT-nin çərçivəsində aparılacaq. Yəni, Ermənistan 8 türk dövləti ilə görüşməli olacaq. Bu baxımdan İrəvanın atacağı addımlar bizi narahat etmir. Onlar sadəcə olaraq qorxuya düşərək müəyyən səs-küy yaratmağa çalışırlar. Amma ermənilərdə heç vaxt türklərdəki kimi ürək və cəsarət olmayıb. Dünyanın ən müasir silahlarına sahib olsalar belə, Azərbaycan qarşısında duruş gətirə bilməyəcəklər. Əvvəllər Rusiya kimi havadara malik idilər. İndi isə ortada qalıblar və Azərbaycanla baş çıxara bilmirlər. Azərbaycan lokal xarakterli antiterror tədbirləri nəticəsində bir sutka ərzində Ermənistanı diz çökdürdü. Azərbaycan qarşısında bir sutka belə duruş gətirə bilməyən Ermənistanın boşuna silah tədarükü üçün pul xərcləməsinin mənası yoxdur. Bunun əvəzinə qonşu dövlətlərlə münasibətləri normallaşdırmağa cəhd göstərməsi daha məqbuldur".
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak etdi
01:20 30.10.2026
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
17:41 29.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət