Ermənistanın yeni oyunu: Xəbər tirajlamaqla iz azdırırlar
Yusif Nəzərli
04:58 09.01.2024
Siyasət
390
İrəvan “güzgü prinsipi”nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır
Erməni mediası, guya, Azərbaycan Ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddia yayıb. “Hraparak” “öz mənbəsinə istinadla” Azərbaycan əsgərlərinin Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, “xoşbəxtlikdən” heç bir itki olmadığını iddia edib. Hətta azərbaycanlı əsgərləri Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyduğunu və təhqiramiz sözlər yazdığını da bildirib. Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Aram Torosyan isə bu xəbərin uydurma olduğunu deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin Zod kəndi istiqamətində atəş açması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. Torosyan habelə Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə məlumatı da yalan adlandırıb.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Ermənistanın müxalif mediasında Azərbaycan Ordusunun Zod (Söyüdlü) mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür. Analitikə görə, belə bir iddianı gündəmə gətirməklə “Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan ordusu irəliləyir” tezisini təbliğ etməyə çalışırlar:
"Lakin burada bir məqam şübhələr yaradır. Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə qoşunların “güzgü prinsipi” əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan etdi. İrəvan Azərbaycan Ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir. Ancaq öncəki günlər bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir. İrəvan “güzgü prinsipi”nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır. Bu baxımdan, Ermənistan XİN-in bəyanatından sonra “Azərbaycan ordusunun Zoda daxil olması” iddiasının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, “güzgü prinsipi”ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir. İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya