Fransanın provakativ addımları: Makronun qarayaxma kampaniyası - RƏY
14:55 31.08.2023
Siyasət
666
Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.
Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
Bakının Parisə verdiyi etiraz notasını "Sherg.az"a dəyərləndirən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki,Fransanın apardığı təxribatlar yalnız Qarabağ məsələsi ətrafında deyil. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, öz yolunu yalnız özəl maraqları çərçivəsində qurması dünyanın müəyyən güclərini həmişə narahat edib:
"Azərbaycanı öz çirkin niyyətlərinə alət edə bilməyən qüvvələr müxtəlif mexanizmlər ilə təzyiq yolunu seçirlər. Fransa bu ölkələr sırasında birinci yerdə dayanır. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Hər zaman Qarabağ münaqişəsi ilə bağlı birtərəfli mövqe tutaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. Bu Fransanın Azərbaycanın müstəqil xarici siyasətindən narahatlığının nəticəsidir. Digər tərəfdən tarix boyu müxtəlif ölkələrdə keçirdiyi müstəmləkəçilik siyasətinin daha bir nümunəsidir. Biz rəsmi Parisin Ərəb ölkələrində çoxlu soyqırımı həyata keçirdiyini yaxşı bilirik. Bu Fransızların tarixi genetikasından gələn məsələdir. Fransa dünyanın güc ölkələrindən biri olsa da, Azərbaycan hər zaman qəti mövqeyini ortaya qoyub. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycana qarşı təhdid və şantaj yolu ilə nəyisə qəbul etdirmək yol verilməzdir. Azərbaycanın siyasəti beynəlxalq hüquqa, ədalətə və insan haqlarına söykənir. Hər kəs sözügedən yanaşmaya hörmət etməlidir. Əks halda Azərbaycanla qarşılıqlı hörmət bəsləməyən ölkələr heç bir mülahizə irəli sürə bilməz. Fransanın mütəmadi olaraq Ermənistanın işğalçılıq və regiondakı təxribatçılıq provakasiya siyasətini dəstəkləməsi təəccüblü deyil. Ona görə də, Fransa tərəfindən gələn açıqlamaların Azərbaycan xalqı və dövləti üçün heç bir dəyəri yoxdur. Azərbaycan E.Makron hakimiyyətinin apardığı qara kampaniyaya hər zaman reaksiya verib. Bundan sonrada həm beynəlxalq platformalarda, həm də KİV-də buna cavab veriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm