Fransanın xarici işlər naziri Kiyevə gəlib - FOTO
Yusif Nəzərli
07:55 30.05.2022
Siyasət
483
Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Ketrin Kolonna bazar ertəsi Kiyevə səfər edib.
Bu barədə “Evropeyskaya pravda” məlumat yayıb.
“İndicə Fransanın Ukrayna xalqına dəstəyini ifadə etmək üçün Ukraynaya gəldim”, – deyə o, öz “Twitter” hesabında qeyd edib.
“Avropa və xarici işlər naziri Ketrin Kolonna bu gün Ukraynaya, Kiyevə ilk səfərini edib. Nazir bu səfərlə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Rusiyanın təcavüzü qarşısında həm humanitar, həm maliyyə, həm də müdafiə ləvazimatlarının tədarükü baxımından Ukraynaya dəstəyi gücləndirməkdə tam qətiyyətini nümayiş etdirmək istəyir”, – deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Nazir Buçaya baş çəkməyi, həmçinin mülki təhlükəsizlik texnikasını (yanğınsöndürən maşınlar və təcili yardım maşınları) Ukrayna hakimiyyətinə təhvil verməyi planlaşdırır.
Bundan əlavə, Kolonna ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşərək Ukraynaya bütün sahələrdə dəstək işlərini, xüsusilə də taxıl və yağlı toxumların ixracının bloklanması məsələlərini müzakirə edəcək. Fransalı nazir həmçinin Prezident Volodimir Zelenski də qəbul edəcək.
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanın işğalı başlayandan bəri Ukraynaya səfər etmiş ən yüksək rütbəli fransalı məmur olacaq. Prezident Emmanuel Makron indiyədək Kiyevə səfərdən yayınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə