Fransız senator: “Leyla Abdullayeva uğurlu səfir olacaq” - FOTO
Fransız senator: “Leyla Abdullayeva uğurlu səfir olacaq” - FOTO
Yusif Nəzərli
07:51 16.01.2023
Siyasət
662
Ötən həftə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib. Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva isə Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib.
Xanım səfirin iki ölkə arasında əlaqələrə necə töhfə verəcəyi maraq doğurur.
Azərbaycanlı siyasətçilər Leyla Abdullayevanın təyinatını uğurlu hesab edirlər, bəs Fransa tərəfinin mövqeyi necədir?
Fransa Senatının üzvü Natali Qule L.Abdullayevanın fəaliyyətindən gözləntilərini Modern.az-a açıqlayıb.
Senator bu təyinatın sevindirici hal olduğunu bildirib.
“Leyla Abdullayeva çox istedadlıdır və bir qadın kimi zəhmətkeşdir. Onun böyük uğurlar qazanacağına əminəm. Əminəm ki, Leyla xanım Fransa ilə Azərbaycan arasında münasibətləri Elçin Əmirbəyovla olduğu səviyyəyə qaytaracaq. Ümid edirəm ki, Fransa və Azərbaycan arasında əlaqələr daha güclü olacaq.
Leyla xanımın fransız dili qüsursuzdur. Eyni zamanda ətrafına topladığı komanda da uğurlu və bacarıqlıdır. Nigar Hüseynova ilə birlikdə onlar böyük işlər görəcəklər”, - deyə Natali Qule vurğulayıb.
Qeyd edək ki, L.Abdullayeva ötən ilin oktyabr ayında Azərbaycanın Fransada səfiri təyin olunub. O, bu təyinatadək Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.
Onu da bildirək ki, L.Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı səfiridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat