“Gözləmə mövqeyindən çəkilib, həmsədrlərə tələblər qoymalıyıq” - Sərt ritorika !
Banuçiçək Kalbalıyeva
14:00 07.07.2020
Siyasət
770
“Əhəmiyyətsiz danışıqlarda iştirak etmək fikrimiz yoxdur”
“Odur ki, Minsk Qrupunun bizə qarşı münasibətinin dəyişməsi labüddür”
Dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, daha konkret addımlar gözləyir.
Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bununla bağlı “Sherg.az”a danışarkən söyləyib ki, Minsk qrupunun bizə qarşı münasibətinin dəyişməsi labüddür:
“Dövlət başçısı çıxışında çox vacib məqamlara toxundu, əhəmiyyətli mesajlar verdi. Eyni zamanda dünyada gedən proseslərdən və onların ölkəmizə təsirindən söz açdı. Bu çıxışı səciyyələndirən əsas məqam isə tamamilə yeni yanaşmaydı. Düzdür, cənab İlham Əliyevin də dediyi kimi, biz konstruktiv mövqeyimizdən əl çəkmirik. Amma eyni zamanda əhəmiyyətsiz danışıqlarda daha iştirak etmək fikrimiz yoxdur. Odur ki, Minsk Qrupu hər hansı bir reaksiya göstərməlidir. Onun mövqeyi mövqesizliyindən irəli gəlir. Lakin vəziyyət dəyişməlidir. Ya sözügedən qurum iş prinsipini, formatını dəyişməli, ya da daxilində ciddi islahatlar aparılmalıdır”.
S. Seyidovun fikrincə, münasibətlərin dəyişilməsi artıq şərtdir:
“Dağlıq Qarabağ 30 ildir, işğal altındadır. Bu səbəbdən də orada və ətrafdakı yeddi rayonda erməniləşmə prosesi gedir. Biz buna imkan verməməliyik. Yəni gözləmə mövqeyindən çəkilməli və Minsk qrupu qarşısında obyektiv, beynəlxalq tələblərə söykənən tələblər qoymalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat