Gündəm dəyişir
Turan
08:06 14.07.2021
Siyasət
569
Pakistan Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilər
Pakistan Şimali Kipr Türk Cumhuriyyəti ilə əlaqələr qurmağa hazırlaşır. Bu haqda Pakistanın Ankaradakı səfirliyi sosial media hesabından məlumat yayıb. Bildirilib ki, Şimali Kipr Türk Cümhuriyyətinə bir heyət göndəriləcək. Paylaşımda Şimali Kipr Türk Cümhuriyyətinin adının qeyd olunması Yunanıstan və yunan Kiprində caxnaşmaya, kiprli türklər arasında isə həyəcana səbəb olub. Yunanıstan mediası isə Pakistanın Şimali Kipr Türk Cümhuriyyətini tanıyacağı halda baş verə biləcək senarilər haqda yazıb.
Şimali Kipr Türk Cümhuriyyəti mətbuatı isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 iyulda gözlənilən səfərindən öncə Pakistanın belə bir addım atmasına diqqət çəkib. Şimali Kipr mediasının yazdığına görə, KKTC-nin bir çox ölkə ilə, xüsusən də Türkiyənin dostları və müttəfiqləri ilə təmasları önümüzdəki dövrdə güclənəcək. Xüsusilə də iqtisadi və ticari əməkdaşlıq qurulacaq. Xatırladaq ki, Ersin Tatarın KKTC prezidenti seçilməsindən sonra, Pakistanın adanın türk hissəsini dövlət olaraq tanıya biləcəyi qeyd edilirdi.
Məsələni “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Pakistanın uzun müddətdən sonra belə bir addım atmasına Qarabağ məsələsindən sonrakı proses kimi baxmaq lazımdır. Analitikin sözlərinə görə, son günlər beynəlxalq cameədə Pakistan-Türkiyə və Azərbaycan formatında yeni islam birliyinin yaradılacağı ilə bağlı iddialar səslənməkdədir:
“Hətta bu birliyə Mərkəzi Asiya ölkələrinin daxil ediləcəyi də gündəmə gətirilir. Təbii ki, burada söhbət rəsmi ittifaqdan getmir, sadəcə, islam coğrafiyası üzərindən qurulan birlikdən bəhs edilir. Türkiyənin Əfqanıstanda qalması da bunun tərkib hissəsidir. Əlbəttə, bu, uzun prosesdir və gələcəyə hesablanmış senaridir. Bunun fonunda Pakistanın Şimali Kipr Türk Cümhuriyyətinin tanınması gündəmə daşına bilər. Ankaranın belə bir gündəmi var. Xatırladım ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə yunan Kipri arasında bir bölgə var idi və həmin ərazidə uzun müddət heç bir fəaliyyət göstərilmirdi.
Yunan tərəfi buna etiraz edirdi, çünki bölgə turizm və iqtisadi baxımdan önəmliydi. Amma Türkiyə həmin bölgədə fəaliyyətlərə başladı və oranı Kiprdəki türklərin istifadəsinə verdi. Böyük addım idi və fikrimcə, bu addımların davamı olacaq. Dəfələrlə adanın türk idarəsi ilə yunanlılar arasında danışıqlar olsa da, Ankara hökuməti qarşı tərəfə güzəştə getməyib. Şimali Kipr Türk Cümhuriyyətinin yaxın gələcəkdə tanınması, bu məsələnin ciddi şəkildə gündəmə gətirilməsi mümkündür. Hesab edirəm ki, burada İngiltərənin də rolu hiss olunur”.
A.Nərimanlı Pakistanın Ərdoğanın məlum səfərindən əvvəl tanınma ilə bağlı hansısa addım atacağını inandırıcı görmür:
“Hər halda ümumi proses və gedişat göstərir ki, bu istiqamətdə addım atılması ehtimalı böyükdür. Hətta uzaq gələcəkdə Azərbaycanın da Şimali Kipr Türk Cümhuriyyətini tanıması gündəmə gələ bilər. Onsuz da Şimali Kiprlə əlaqələrimiz kifayət qədərdir və bu əlaqələri daha da genişləndirə bilərik. Ancaq sırf tanınma məsələsinin tez zamanda reallaşması qeyri-mümkündür. Bunun beynəlxalq hüquq tərəfləri də var. Ümumən ifadə edim ki, Şimali Kiprin strateji üstünlüyü böyükdür. Amerika Yaxın Şərq və Aralıq dənizi bölgəsi üçün Kipri əsas baza olaraq görürdü. İngiltərənin siyasi proseslərə daha aktiv qoşulması nəticəsində London da eyni məqsədlə adadan istifadə etmək niyyətində ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm