“Gürcüstan da Ukrayna kimi, Avropa İttifaqına qəbul edilə bilər”
Yusif Nəzərli
09:42 04.03.2022
Siyasət
942
Ukraynadan sonra daha bir ölkə - Gürcüstan martın üçündə Avropa İttifaqına daxil olmaq üçün müraciət edib. Bu barədə Baş nazir İrakli Qaribaşvili videomüraciətində məlumat verib.Qaribaşvili qeyd edib ki, ölkə 2024-cü ildə Aİ-na müraciət etməyi planlaşdırıb.Lakin siyasi kontekst və yeni reallığı nəzərə alan hakimiyyət bu işi sürətləndirmək qərarına gəlib.
“Borçalı” İctimai Birliyinin sədri, ictimai- siyasi xadim Zəlimxan Məmmədli bu barədə “Sherg.az”a danışarkən bildirib ki, bütün hallarda Gürcüstanın Aİ-yə üzvlük üçün müraciət etməsi təqdirəlayiq addımdır :
“Gürcülər ağıllı millətdir. Dəyərləri saymayan, uşaq, qadın, qoca demədən onları qətliyama məruz qoyan bir imperiyadan nicat diləməyin özü axmaqlıqdır. Bunu gözəl dərk edən rəsmi Tibilisi ölkənin təhlükəsizliyini təmin etmək üçün Avropa dövlətlərinin, mütərəqqi dünyanın dəstəyini almaq istəyir”.
Z.Məmmədli fikrincə,Ukraynadakı proseslər ölkələrin Aİ-yə qəbul prosesini sadələşdirə bilər:
“Beləcə Gürcüstan da Ukrayna kimi qısa zamanda Aİ-yə qəbul edilmiş olar. Eyni zamanda güman edirəm ki,Avropa Birliyi dövlətləri tərəfindənTürkiyəyə qarşı olan siyasi mahiyyətli basqılar aradan qalxmalı və o da Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır. Bu iddia rəsmi Ankara tərəfindən də zaman-zaman səsləndirilib.Yaxın gələcəkdə Türkiyənin də Aİ-yə üzvlüyü gözləniləndir”.
Z.Məmmədlinin qənaətincə, rəsmi Bakı da gələcək təhlükəsizliyinin sığortası üçün Aİ-yə müraciətlə bağlı düşünməlidir:
“Ukrayna prosesləri göstərdi ki, təcavüzkar bir ölkə ilə qonşuluq Azərbaycan üçün də təhdiddir. İndi biz aydın yolumuzu seçməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm