Gürcüstan siyasətində “pat” olacaq: “Etirazlar nəticəsiz qalacaq”
Banuçiçək Kalbalıyeva
10:41 10.03.2021
Siyasət
661
Məlum olduğu kimi, ötənlərdə bir qrup aktivist və siyasi fəal Gürcüstan parlamentinin önündən Bidzina İvanişvilinin iqamətgahına doğru yürüş edib. İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanıb.
Etirazçılar iqamətgaha gedən yolda divara "Qatillər" yazmaq istəyib. Polis isə buna icazə verməyib. Sonra polislə etirazçılar arasında sözlü və fiziki qarşıdurma yaşanıb.
Etirazçılar həmçinin Bidzina İvanişvilinin iqamətgahının önünə taxta kukla gətirərək, Qaribaşvilini İvanişvilinin kuklası adlandırıblar.
Xatırladaq ki, etirazçıların tələbləri Nika Melianın azad olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.
Onlar həmçinin TV Pirvelinin yayımladığı səs yazılarında iştirak edənlərə qarşı qanuni əməliyyat keçirilməsini və baş nazirin istefasını tələb ediblər.
Son hadisələr Gürcüstanda vəziyyətin ağır olduğunu göstərir. Xaotik durumun nə vaxtadək davam edəcəyi məlum deyil. Lakin bəzi ekspertlərin fikrincə, hakimiyyət çevrilişi müzakirə mövzusudur.
Politoloq İlqar Vəlizadə isə “Sherg.az”a açıqlamasında səylərin nəticəsiz qalacağını bildirdi:
“Heç nə olmayacaq. Çünki etirazçılar mütəşəkkil deyillər. Düzdür, Saakaşvilinin rəhbərliyi ilə Vahid Hərəkat Partiyası müəyyən addımlar atır. Buna baxmayaraq, həmin partiyanın təsir gücü kifayət qədər deyil.
Düzdür, müxtəlif vaxtlarda siyasi qruplar da partiyaya dəstək verirlər.
Fəqət, hansısa nəticə gözləmək doğru olmaz.
Üstəgəl, karantin iğtişaşlara nəzarət etmək üçün hakimiyyətə imkan verir. Yəni şahmat dili ilə desək, “pat” olacaq. İvanavşili isə rəsmi olaraq siyasətdən uzaqlaşıb.
Onun siyasi proseslərə müdaxilə imkanları olsa da, təsir vasitələri əlində deyil. Yəni İvanavşilidən nəsə tələb edə bilməzlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə