Hacıyev: "Maskaları çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur!"
17:29 21.11.2023
Siyasət
422
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Samanta Pauerə cavabında bildirib.
"Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi kimi o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti məsələsini qaldırmağa və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməyə cürət etməyib.
"Aurora" mükafatının himayəsi altında Samanta bu fondun qurucusu, Ukraynadakı separatizmi maliyyələşdirən bədnam oliqarx və pul yuyan Ruben Vardanyan ilə birləşdi. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiya tətbiq edilməsini tələb etdilər. Ruben Vardanyan həmçinin 2022-ci ilin oktyabrından Qarabağda peyda olduqdan sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.
Azərbaycanofobiya, türkofobiya, siyasi korrupsiya, "puldan söhbət" və "Aurora" mükafatı çərçivəsində siyasi spekülasyonlar, ehtimal ki, Ruben Vardanyan və Samantha Pauerin ortaq dəyərləri və maraqları idi.
Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə