Hamı deputat olmaq istəyir: “Seçicilərə parlamentdə mürgü vuran millət vəkili lazım deyil”
Turan
10:35 19.12.2019
Siyasət
996
“Deputat olmaq eşqinə düşən elə jurnalist var ki, cümlədə "da" ilə "də"nin yerini müəyyənləşdirə bilmir”
“Jurnalist həmkarlarımın seçkilərə qatılmasını normal qarşılayıram”. Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
Tanınmış media nümayəndəsi bildirib ki, parlament seçkilərinə qatılmaq hər bir vətəndaşın konstitusion hüququdur:
“Bu hüququ məhdudlaşdırmaq olmaz. Amma “xor”a qoşulanların sayının günbəgün artması məni əndişələndirir. Deputat olmaq eşqinə düşən elə jurnalist var ki, cümlədə "da" ilə "də"nin yerini müəyyənləşdirə bilmir. Ya da indiyə kimi bir dəfə dilinə düz söz gəlməyib. Bütün "yaradıcılığı" yaltaqlıqdan, ona-buna yarınmaqdan ibarətdir. Belə adamların deputat seçilməsi parlamentin nüfuzunu bir az da aşağı sala bilər. Seçicilərə parlamentdə mürgü vuran deputat lazım deyil.
Milli Məclisə "yağlı" iş yeri kimi baxan adamların heç birini qapıdan içəri buraxmaq olmaz. Heç fikirləşmisinizmi ki, Azərbaycanda niyə yerindən duran adamların hamısı deputat olmaq istəyir? Xeyli düşünüb-daşınandan sonra bu sualın cavabını tapdım. İndi deputatları görəndən sonra camaat fikirləşdi ki, parlamentdə oturmaq üçün savada, dünyagörüşə, yüksək ağıla, xüsusi intellektə ehtiyac yoxdur. Ona görə də ərindən boşanan arvadlar, atasına layiq oğul ola bilməyən kişilər müğənni olmağa can atdıqları kimi, heç vaxt yaralı barmağa məlhəm olmayan adamlar da deputat olmaq eşqinə düşüblər. Sosial şəbəkələr bizə həmin adamların savadı, dünyagörüşü barədə bilgi sahibi olmaq imkanı verir”.
S.Verdizadə deputatlıq niyyətinin olub-olmaması barədə də danışıb:
“Parlament seçkilərinə qatılmaq barədə düşünmürəm. Mən jurnalistəm, bütün iddialarım mətbuatla bağlıdır. Hazırda biz jurnalistlərin qarşısında dayanan əsas vəzifə mətbuatın nüfuzunu qaldırmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya