Hədəf yalnız yataqların monitorinqi deyil
Yusif Nəzərli
12:00 07.01.2023
Siyasət
658
Laçın yolunda aksiyanın digər məqsədi Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir
Laçın yolundakı etiraz aksiyası birinci ayına yaxınlaşır. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləri ilə müxtəlif dövlət və beynəlxalq təşkilatların Azərbaycana təzyiq etməsinə çalışsalar da, niyyətləri baş tutmadı. Onların “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdır” kimi dezinformasiyaları nəticə vermədi. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticəsiz qaldı. Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Lakin hələlik buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı da aktuallaşmaqdadır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bu sualın bir neçə cavabı var. Analitikin fikrincə, birinci variant odur ki, Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar:
"Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alınması mövzusu aktuallaşacaq.
İkinci variant isə odur ki, Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monitorinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir. Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil.
Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar.
Bu, 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat