İntensivləşən təxribatlar regionu hara aparır?
Yusif Nəzərli
09:05 15.11.2021
Siyasət
789
Son vaxtlar Ermənistanın təxribatları intensivləşməkdədir. Sonuncu belə sabotaj dünən olub. Erməni vətəndaş Xankəndi ərazisində Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb. Hadisə nəticəsində üç hərbi qulluqçumuz yaralanıb. Məlumata görə, həmin erməni vətəndaş hüquq mühafizə orqanlarına təhvil verilib.
Ən bariz sual budur: mülki erməni vətəndaşında silahın nə işi var? Axı üçtərəfli bəyanata əsasən Qarabağdakı bütün ermənilər tərksilah olunmalı idi. Deməli, sözügedən fakt rus sülhməramlılarının hələ də öz öhdəliklərini yerinə yetirmədiklərinin göstəricidir. Yəni erməni vətəndaşının bu addımı ilə həm də rusların fəaliyyətsizliyi bir daha ifşa olundu.
İkinci sual: provokasiyaların təkrarlanmasında məqsəd nədir? Çox güman, Azərbaycanı silahlı münaqişəyə çəkmək. Çünki belə olsa ilk növbədə proseslər uzanacaq, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası prosesi ləngiyəcək. İkinci bir tərəfdən İrəvanın çoxdan arzusunda olduğu ATƏT- in Minsk Qrupunun yenidən fəallaşması, Qərbin regiona gəlməsi üçün şərait yaranacaq. Həmçinin Rusiyanın öz planını icra etməsi: sülhməramlıların sayının artırılması və ya sərhəddə rus hərbçilərinin yerləşdirilməsindən ötrü də "yaşıl işıq" yandırıla bilər. Yəni İrəvan istənilən halda ya Qərb, ya da Moskvanın diktəsi ilə davranır, onlardan birinin planlarına xidmət edir.
Bəs biz anti-terror əməliyyatına başlamalıyıqmı? Fikrimcə, bu, istisna deyil. Əvvəlcə Qarabağdakı özbaşınalıqlar, üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməməsi barədə Moskva və İrəvan tərəfinə xəbərdarlıq edilməlidir. Əgər xəbərdarlıqlar nəzərə alınmasa, lokal miqyaslı olsa da anti- terror əməliyyatına start verməyimiz üçün tam hüququmuz var. Nəzərə almaq lazımdır ki, biz səssiz qaldıqca təhriklər artacaq, miqyası böyüyəcək.
Düzdür, anti- terror əməliyyatları müəyyən mənada risklidir. Rusiya bu qədər sadəlövh ola bilməz. Çox güman, nə isə planlayır. Xüsusilə, unutmaq olmaz ki, Kremlin dəfələrlə bu barədə bəyanat səsləndirdiyi üçtərəfli görüş hələ də baş tutmayıb. Görünür, uzlaşmayan məqamlar var və Moskva ambisiyalarını gerçəkləşdirmək naminə başqa variantlar axtarır. Lakin əsla geri çəkilmək, səssiz qalmaq olmaz. Proseslərə həm siyasi, həm də hərbi qiymət verilməlidir. Əks halda səssizliyimizdən əleyhimizə istifadə oluna bilər.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya