Səudiyyə Ərəbistanında hava limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb - YENİLƏNİB

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

APA xəbər verir ki, məlumata görə, husilərin atdığı raket hava limanının 3 saylı terminalının yaxınlığına düşüb.

Daha bir mərmi isə ölkənin şərqində yerləşən Dammam şəhərindəki hava limanının yaxınlığına düşüb.

***

01:43

Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanına raket zərbəsi endirilməsindən sonra yaxınlıqdakı xəstəxanaya təxminən 50 yaralı yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, ər-Riyadın ən böyük xəstəxanalarında fövqəladə vəziyyət elan edilib. Qəzetin yazdığına görə, raketin hava limanının terminallarından birinə düşməsi səbəbilə tibb işçiləri yaralıların təxliyəsini həyata keçiriblər.

Bundan əvvəl “Reuters“ şahidlərə istinadən hava limanı yaxınlığında güclü partlayış baş verdiyini bildirib.

Qeyd edək ki, ər-Riyad Beynəlxalq Hava Limanının oktyabrın 11-də günün sonunadək bağlı qalacağı gözlənilir.