İqtidar- müxalifət dialoqu: Masada hansı mövzular olacaq? - AKTUAL
Fidan Həmişəyeva
10:40 09.09.2021
Siyasət
1145
“Konfransın əsas mövzusu çox güman ki, zəfər və yaranmış yeni siyasi şəraitlə bağlıdır”
“Hər partiya özü üçün önəmli olan məsələləri qaldırıb, diskusiya aparacaq”
Xəbər verdiyimiz kimi, sabah siyasi partiyaların - iqtidar və müxalifət olaraq toplaşması gözlənilir. Baş tutacaq dialoqda nələrin müzakirə olunacağı hələlik dəqiq bilinmir. Yəqin ki, onlayn formada baş tutacaq dialoqda hər partiya özü üçün vacib olan məqamları səsləndirəcək və bunun ətrafında fikir mübadiləsi aparılacaq. Hər halda iqtidar və müxalifət partiyalarının bir araya gəlib müzakirələrdə iştirakı təqdir edilməlidir.
“Sherg.az”olaraq AĞ Partiya başqanı Tural Abbaslı ilə əlaqə saxlayıb, sözügedən dialoqdan gözləntiləri, müzakirə olunacaq məsələlərlə bağlı həmsöhbət olduq.
-Deyilənə görə, sözügedən onlayn görüş dialoq yox, sadəcə konfrans formasında olacaq...
-Bəli. Siyasi partiyalar və qanunvericilik orqanlarının iş üzrə administrasiyalarının birgə konfransı baş tutacaq. Əvvəllər də bu tipli konfranslar təşkil edilib. Müxalifət və iqtidar-bütün partiyaların iştirakı ilə müxtəlif mövzular müzakirəyə çıxarılır. Bu dəfəki konfransın əsas mövzusu çox güman ki, zəfər və yaranmış yeni siyasi şəraitlə bağlıdır. Hər partiya özü üçün önəmli olan məsələləri qaldırıb, diskusiya aparacaq.
-Konfransın əhəmiyyəti nədən ibarətdir?
-İstənilən halda belə görüşlərin keçirilməsini önəmli hesab edirəm. Çünki bu zaman həm siyasi dialoq mədəniyyəti, partiyalar arasında ünsiyyət, dövlətlə- müxalifət arasında siyasi diskusiya mədəniyyəti formalaşır. Bu, çox önəmlidir. Dünənə qədər iqtidar-müxalifət dialoqunu ATƏT və BMT təşkil edirdi. Sanki öz aramızda danışa bilmirdik və başqaları bizi bir araya gətirirdi. Bu, o qədər də baş ucalığı gətirən bir məqam deyildi. İqtidarla-müxalifət istənilən problemi bir masa arxasında oturub müzakirə etməyi bacarmalıdır. Hansısa məsələdən çıxış yolu üçün müvafiq danışıqlar lazımdır. Belə hallar cəmiyyətimiz üçün də adiləşməlidir. Vətəndaşlar qəbullanmalıdırlar ki, müxalifətlə iqtidarın bir-biri ilə diskusiya və ya polemika aparması normaldır. Bu baxımdan sözügedən konfransın keçirilməsini önəmli hesab edirəm.
-Partiyanızın iştirakı gözlənilir?
-Təbii ki. AĞ Partiya olaraq biz də konfransa qoşulacağıq. Hansısa məsələyə mövqe bildirmək lazımdırsa, bildirəcəyik. Lakin görsək ki, kimsə söyləyəcəyimiz fikirləri səsləndirəcək və yaxud qaldırmaq istədiyimiz məsələni gündəmə gətirəcək, o zaman “biz də burdayıq” deyə çıxış etmək kimi bir ambisiyamız yoxdur. Çünki 50-dən artıq partiya var və hərəsinə minimum 5 dəqiqə vaxt ayrılsa, çox zaman lazım olacaq. Düşünürəm ki, istənilən konfrans 2 saatı keçəndə maraqlılığı azalır. Amma konfransdakı diskusiyadan asılı olaraq müvafiq məsələlərə mövqeyimizi bildirəcəyik. İmkan olsa, bəzi təkliflərimizi də verəcəyik.
-Məsələn, nə kimi təkliflər?
-Təkliflərimiz əsasən partiyalarla bağlıdır. Yəni partiyalardan gözləntilər və atılmalı olan addımların nədən ibarət olduğu əsas məsələlərdəndir. Təkliflərimiz odur ki, biz bu prosesi necə görürük və bundan sonra hansı istiqamətdə hərəkət olmalı, inkişaf getməlidir? Əsasən iqtidar-müxalifət münasibətlərinin yeni şəraitə uyğun olaraq tənzimlənməsi məsələləsi ilə əlaqədar təkliflərimiz ola bilər. Siyasi arenanın formalaşdırılması ilə bağlı da müəyyən təkliflərimiz var.
-Konfransdan gözləntiləriniz nədir? Sizcə hansı məsələnin mütləq müzakirəsinə ehtiyac var?
-Əslində konfransdan xüsusi bir gözləntilərim yoxdur. Düşünmürəm ki, qeyri-adi qərarlar veriləcək. Onsuz da partiyalar bir-biri ilə əlaqədədirlər və müxətlif məsələləri müzakirə edə bilirik. Ancaq hər halda təşkilatçı tərəfin mövzuları qoymağı və açacağı polemikalardan çox şey asılı olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm