“KTMT-də yaxşı bilirlər ki, Ermənistan bəzi üzv dövlətləri konfliktə cəlb etmək istəyir. Azərbaycan sovet dövründən qalan xəritələr əsasında öz sərhəd məsələsini həll edir. Bu hadisələr Ermənistandakı seçkilərdən əvvəl başlamışdı. Və KTMT təxminən bir aydan sonra reaksiya bildirdi. Çünki araşdırır, arqumentləri qiymətləndirirdi. Nəhayət, Bakının mövqeyinin haqlı olduğunu anladı”.
“İrəvan KTMT-nin dəstəyindən məhrum olacaq və...”- Proqnoz
Banuçiçək Kalbalıyeva
13:45 05.07.2021
Siyasət
510
KTMT-nin baş katibi Stanislav Zas deyib ki, Ermənistanın cənubunda Zəngəzurda Azərbaycanla sərhəddə yaranmış vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) Nizamnaməsinin təsir dairəsinə düşmür. Onun sözlərinə görə, Zəngəzurda Ermənistanla Azərbaycan arasında baş verən gərginlik sərhəddin müəyyənləşdirilməsi məsələsidir və ona görə də bu məsələyə müdaxilə etmək hüququna malik deyil. “KTMT ancaq işğal və hücumlar zamanı məsələyə müdaxilə edir. Biz isə burada ancaq sərhəd məsələsi üstündə yaranan gərginliyi müşahidə edirik. Şükürlər olsun Allaha ki, orada nə atəşkəs pozulub, nə də ki, ölüm hadisəsi baş verib. Bu, sərhəd məsələsidir və həll edilməlidir. Biz də məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq” – KTMT Baş katibi söyləyib..
KTMT Baş katibi onu da əlavə edib ki, prinsip etibarı ilə orada gərginliyın artması müşahidə edilmir: “Gərginliyin artmaması artıq özü yaxşı nəticədir. Qarşıda sərhədlə bağlı hələ çox mübahisəli məsələlər var ki, bunları da danışıqlar yolu ilə həll etmək lazımdır”.
BDU-nun professoru, politoloq Əlimusa İbrahimov sözügedən qurumun bəyanatını “Sherg.az”a şərh etdi:
“KTMT-də yaxşı bilirlər ki, Ermənistan bəzi üzv dövlətləri konfliktə cəlb etmək istəyir. Azərbaycan sovet dövründən qalan xəritələr əsasında öz sərhəd məsələsini həll edir. Bu hadisələr Ermənistandakı seçkilərdən əvvəl başlamışdı. Və KTMT təxminən bir aydan sonra reaksiya bildirdi. Çünki araşdırır, arqumentləri qiymətləndirirdi. Nəhayət, Bakının mövqeyinin haqlı olduğunu anladı”.
Politoloqun fikrincə, bu, həm də İrəvana mesajdır:
“Ermənistan baş naziri Nikol Paşinyanın Qərbə meyil edəcəyi gözlənilir. Ona çatdırılır ki, belə bir hal baş versə, İrəvan KTMT-nin dəstəyindən məhrum olacaq və sərhədlər Azərbaycana sərf edən formada müəyyənləşəcək. Hətta Rusiya da indiki halda Ermənistanı dəstəkləmir. Əks halda belə bəyanat verilməzdi. Bundan sonra Paşinyanın hansı yolu seçəcəyi Qərbin dəstəyinin nə qədər olacağından asılıdır. Əvvəlki kimi səthi olarsa, Ermənistan yenə də Moskvadan asılı vəziyyətdə qalacaq. Bütün hallarda, İrəvan hələ ki, Kremlə qarşı “buynuzunu çıxarmayacaq”. Paşinyanın prioriteti daxili siyasi vəziyyəti stabilləşdirmək, revanşistləri neytrallaşdırmaqdır. Çünki onlar iqtidarın gələcək siyasətinə mane ola bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm