"İrəvan Qazaxıstan hadisələrinə yeni fürsət kimi baxır" - ANALİTİK
10:00 09.01.2022
Siyasət
449
"Ermənistanın bu məqsədlə sərhəddə hücumları intensivləşdirə və genişləndirəcəyi istisna deyil..."
"KTMT qüvvələri Qazaxıstanda “ilk missiyasını” yerinə yetirdiyi vaxtda Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması təsadüfi deyil...".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, İrəvan Qazaxıstan hadisələrinə yeni fürsət kimi baxır:
"Ermənistanın Təhlükəsizlik şurasının baş katibi Armen Qriqoryan iki gün öncə Qazaxıstan hadisələri haqda danışarkən bildirmiş ki, “KTMT ilk dəfə böhranlı vəziyyətə müdaxilə mexanizmlərini işə saldı... Biz ümid edirik ki, Ermənistan belə bir vəziyyətlə üzləşəcəyi təqdirdə bu cür köməyi ala biləcək”. İki gün sonra Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozur və bunun İrəvanın KTMT-ni – Rusiyanı Azərbaycanla sərhədə cəlb etmək cəhdi olduğu aydın görünür".
Analitik xatırladıb ki, Ermənistan sərhədlə bağlı razılaşmanı qəbul etmək istəmirdi:
"Yalnız 16 noyabr döyüşlərindən sonra Soçidə bunu qəbul etməyə məcbur oldu. Qazaxıstankı hadisələr və KTMT-nin ilk dəfə üzv ölkələrində prosesə müdaxiləsini Ermənistan “yeni fürsət” kimi dəyərləndirir. Sərhəddə yeni toqquşmalarla “Ermənistan ərazisinə müdaxilə” görüntüsü yarada və KTMT-nin bölgəyə gəlişinə zəmin hazırlaya bilər. Mərkəzi Asiyadan fərqli olaraq, Putinin Cənubi Qafqazdakı razılaşmaları təhlükə altına atması ehtimalı zəif görünür. Lakin Paşinyan Ermənistanın KTMT-yə rəhbərliyindən və təşkilatın “ilk müdaxilə” presedentindən istifadə edərək, ən azı sərhəd razılaşmasında Rusiyanın dəstəyini əldə etmək və qazanclı çıxmaq istəyir. Ermənistanın bu məqsədlə sərhəddə hücumları intensivləşdirə və genişləndirəcəyi istisna deyil...".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol