İstanbul-İrəvan aviareysi!- “Bu, Bakı ilə İrəvan arasında yekun sülhə cığır açır”
Yusif Nəzərli
15:44 20.12.2021
Siyasət
583
Cümşüd Nuriyev: "Deməli, Brüssel görüşündə razılaşma əldə olunub”
“Sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiya və delimitasiya məsələsi də gündəmə gəlib”
“Türkiyənin atdığı addımların hamısı Azərbaycanın maraqlarına uyğundur”
“İstanbul-İrəvan aviareysi yaxın günlərdə fəaliyyətə başlayacaq”. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu açıqlama verib.
XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib:
“Onlar ən qısa vaxtda görüşəcəklər”. Nəzərə almalıyıq ki, Azərbaycan Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Ermənistanla Azərbaycan arasındakl münaqişə səbəbindən rəsmi Ankara və İrəvan aviareysləro bağlı idi. Ermənistanla Türkiyə arasında aviareyslərin açılması rəsmi İrəvanın blokadan çıxması anlamına gəlir.
İki dövlət arasında aviaresyslərin açılması ilə bağlı "Sherg.az"a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, bu, bəyanat gözlənilən idi:
"Türkiyə və Ermənistan tərəfi bir-birlərində rəsmi nümayəndələrin olacağını bildirib. 30 ilə yaxındır, Ermənistanla Türkiyə arasında iqtisadi, siyasi, diplomatik əlaqələr yoxdur. İlk diplomatik addım atılıb. Türkiyədə kifayət qədər maliyyə imkanları olan erməni diasporu yaşayır. Zaman-zaman rəsmi Ankarının əleyhinə işləyiblər, ciddi problemlər yaratmaq niyyətinə düşüblər. Rəsmi Ankara həm diasporla münasibətləri quracaq, həm onları siyasi cəhətdən zərərsizləşdirəcək, həm də maliyyə imkanlarından yararlanacaq. Türkiyəyə indi yeni bazar lazımdır, o da Ermənistandır. Türkiyə turizm dövlətidir, toxuculuq və tikinti inkişaf edib. Yüz il ərzində Ermənistan onlara nifrət bəsləyib. Türkiyə düzgün addım atır. Dünyaya ermənilərin nə deməsindən asılı olmayaraq, onlara qarşı nifrət bəsləmədiyi mesajını verir".
C.Nuriyev, həmçinin aviareyslərin açılmasının Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıb:
"Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında konfidensial söhbəti ehtimal edə bilərik. N.Paşinyan Brüssel görüşündən gələndən sonra ilk dəfədir ki, sərsəm bəyanatlar vermir. O dəmiryolunun çəkilməsi ilə bağlı 200 milyon dollar vəsaitə ehtiyac olduğunu bildirib. Lakin Mincivandan Horadizə qədər təqribən 1 milyard dollara ehtiyac yoxdur. Zəngəzur dəhlizini də 300 milyon dollarla istifadəyə vermək olar. Paşinyanın investisiya məsələsini gündəmə gətirməsi Rusiyanın nəzarətindən çıxmaq istəyidir. Bu Azərbaycana və Türkiyəyə mesajdır. Bakı -Tbilisi - Qars dəmiryolunun çəkilişində Gürcüstanın maliyyə problemləri yarandı. Azərbaycan onu investisiya layihəsi kimi götürüb maliyyələşdirdi. Azərbaycan sözügedən layihəni də maliyyələşdirə bilər. Lakin Türkiyə - Ermənistan münasibətlərinin yaxşılaşmasını gözləyir".
Politoloqun sözlərinə görə, M.Çavuşoğlu dəfələrlə Azərbaycanla razılaşdırıb addım atdığını deyib:
"Deməli, ehtimalən, Brüssel görüşündə razılaşma əldə olunub. Sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiya və delimitasiya məsələsi də gündəmə gəlib. Nəzərə alsaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə hər üç bəyanatı təqdiqlədi. Sonuncu bəyanatda "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi yox idi. Hələki Azərbaycanla Ermənistan arasında mübahisəli mövzular var. Münaqişələrin həlli deyilən konfliktologiya elmi var. Orda ən uğurlu yol əməkdaşlıq və konsensusa gəlməkdir. Ermənistan yavaş-yavaş Azərbaycanla əməkdaşlıq etmək, ümumi məxrəcə gəlmək istəyir. Azərbaycan da səbrlidir, Türkiyənin atdığı addımların hamısı Azərbaycanın maraqlarına uyğundur. Türkiyənin uğurları, addımları rəsmi Bakı ilə rəsmi İrəvan arasında yekun sülh sazişinin imzalanmasına gətirib çıxarar. Beləliklə, Qarabağ qarşıdurması tarixin arxivinə qovuşmuş olacaq. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Sərhədlərin delimitasiyasından sonra, yaxın zamanlarda rus sülhməramlılarına ehtiyac qalmayacaq. İ.Əliyevin yürütüyü siyasət çox ağıllı və uzaqgörəndir".
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou