Kadırov qafqazlılarla bağlı fikirlərinə görə erməni əsilli jurnalisti sərt tənqid etdi
Yusif Nəzərli
19:20 06.11.2021
Siyasət
583
Çeçenistan rəhbəri Ramzan Kadırov RT nəşrinin baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib.
Kadırovun tənqidi Simonyanın Yeni Moskvada baş verən konflikt haqqında fikirləri ilə bağlı olub.
Siyasətçi özünün “Telegram” kanalında Simonyana hər hansı bir mövzu ilə bağlı fikir söyləməzdən əvvəl informasiyanı dəqiqləşdirməyi tövsiyə edib.
“Bir daha “Qafqaz əsilli” Simonyana xatırlatmaq istərdim ki, nüfuzlu, ciddi kütləvi informasiya vasitəsinin baş redaktoru açıqlama verməzdən əvvəl informasiyanı yoxlamalı, daha sonra nəticə çıxarmalıdır”, - deyə Kadırov bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif mətbuat orqanlarının baş redaktorlarından nəyə görə qafqazlılar haqqında mənfi xatırlatma etdikləri barədə soruşanda, dəfələrlə bunsuz baxış sayının olmayacağını söylədiklərini vurğulayıb. Kadırov bildirib ki, nəyə görə Qafqazdan başqa digər regionlardan olanların adları çəkilmir, digər regionlardan olanların etnik və ya dini mənsubiyyəti vurğulanmır.
“Məktəbdə qətl, nəhəng korrupsiya sxemləri, dövlətə xəyanət və digər səs-küylü cinayətlər – gəlin, burada da milliyəti yazaq, ya da heç olmasa “slavyan milliyətli şəxs”, “Moskva əsilli” yazaq”, - deyə R.Kadırov qəzəbini ifadə edib.
Qeyd edək ki, Marqarita Simonyan Yeni Moskva ərazisində baş verən kütləvi dava ilə bağlı fikir səsləndirərkən, bu cür davranışın yoxlamaların qayıtmasına (qeydiyyat sənədləri) səbəb olacağını bildirmişdi.
Mənbə: news.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq