Kanada mətbuatı Bakı-Şuşa Forumundan yazıb
Yusif Nəzərli
11:51 24.01.2023
Siyasət
501
Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Bakı-Şuşa Forumunda mühüm anlaşma memorandumu imzalanıb” sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğız Respublikasının diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri arasında imzalanmış anlaşma memorandumu türk xalqlarının diasporlarının öz ana dillərində təhsil almaq imkanlarını təşviq etməklə yanaşı, türk toplumları arasında birliyi gücləndirəcək.
Forum iştirakçıları tərəfindən qəbul edilmiş birgə bəyanata istinadən qeyd olunub ki, 200 milyonluq türk dünyasının bir hissəsi olan Azərbaycandan kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Bakı/Şuşa Forumunda həmçinin türk diasporlarının birgə fəaliyyət strategiyası çərçivəsində türk dövlətlərinin ortaq diaspor siyasəti barədə də razılığa gəlinib.
Müxtəlif siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə diqqətə çatdırılıb ki, Qarabağ müharibəsi türk dünyasının XXI əsrdə
apardığı ən böyük azadlıq savaşı, türk dünyasında uzunmüddətli azadlığın oyanışının başlanğıcıdır. Türk birliyinin məqsədi türklərin yaşadıqları bölgəni dünyadan ayırmaq deyil, əksinə, dünya ilə əlaqələndirməkdir. Türk birliyinin idealı azadlıq hərəkatıdır və onun atəşi bu əsrdə Şuşada alovlanıb. Memorandumun imzalanması türk dünyasının diaspor birliyinin yaradılması istiqamətində ilk mühüm addım kimi qiymətləndirilib.
2023-cü ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gənclər forumunun keçiriləcəyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat