Keçmiş XİN başçısı: “Ermənistan hələ də ziddiyyətli bəyənatlar verir”
Yusif Nəzərli
13:46 05.11.2021
Siyasət
756
Xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfranda çıxış edib. Nazir qeyd edib:
“Ermənistan rəhbərliyindən çağırışlarımıza cavab gözləyirik. Çağırışımız sadədir - qonşu ölkənin suverenliyinə və sərhədlərinə hörmətlə yanaşmaq, inkişaf edən bölgənin inkişaf edən hissəsinə çevrilmək lazımdır".
Nazirin sözlərinə görə ,Azərbaycan yalnız niyyətini ortaya qoyub çağırış edə bilər: "Bu çağırışlara cavabı Ermənistan rəhbərliyə verəcək. İstəyimiz sülh və əmin-amanlıq mühitinin davamlı olmasıdır. Əminəm ki, ölkəmizin inkişafı bundan sonra da davam edəcək" .
Çağırışlarımıza məhəl qoymamaq rəsmi İrəvan üçün nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı “Sherg.az”a danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə çağırışların bizim humanist istəyimizdən qaynaqlandığını bildirib:
“Məsələ heç bir həyata son qoymadan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsidir.Cənab nazir də bunu nəzərdə tutur ki, Ermənistan yalnız siyasi yox, praktiki baxımdan da rəsmi olaraq iddialardan əl çəksin. Bu birmənalı şəkildə baş verməlidir. Təbii, Azərbaycan bundan öncə olduğu kimi imkan verir ki, rəsmi İrəvan siyasi ya da diplomatik üsullarla bunu öhdəlik kimi götürsün və əməl etsin. Təəssüflər olsun ki,Ermənistan hələ də ziddiyyətli bəyənatlar verir”.
Sabiq nazir bu çağırışların bir növ xəbərdarlıq olduğunu da diqqətə çatdırıb:
“Əgər rəsmi İrəvan tərəfindən belə addımlar atılsa, Azərbaycan daha ciddi tədbirlər görəcək. Buna heç kəsin şübhəsi olmasın. İkinci Qarabağ savaşı nəticəsində hər kəs Azərbaycanın siyasi iradəsi və mübarizə əzmi ilə tanış oldu. Sadəcə olaraq biz istəyirik ki,qan tökülmədən bütün məsələlər öz həllini tapsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq