Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
Yusif Nəzərli
06:24 25.12.2024
Siyasət
276
Dekabrın 24-də BMT Baş Assambleyası çərşənbə axşamı -“Kibercinayətkarlığa qarşı BMT Konvensiyası”nı qəbul edib.
Sherg.az xəbər verir ki, bu, kiber cinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.
Hüquqi cəhətdən məcburi olan Konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edildi. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.
BMT-nin Baş katibi Antonio Quterreş Konvensiyanın qəbul edilməsini alqışlayaraq Konvensiyanın “son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi” olduğunu qeyd etdi. Baş katib bildirdi ki, “yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri Konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır.”
Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə “Ad Hoc” Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.
Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb.
Kibercinayətkarlığa qarşı BMT Konvensiyası yeni əsrin konvensiyası hesab edilir.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi