
Kremlin planına qarşı ən effektiv addım Rubenin neytrallaşdırılmasıdır - Ekspert
09:51 25.12.2022
Siyasət
627
"Vardanyan məsələsində də çıxış yolları var, Qarabağdan çıxışı zamanı onun geri qayıtmasına imkan verməmək lazımdır"
"Putin Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı ərizəsini təsdiqlədi. Rusların layihəsi olan Rubenin Rusiya vətəndaşı olaraq qalması Moskva sərf etmirdi".
"Sherg.az"ın xəbərinə görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, Bakı buna görə Moskvadan cavab tələb edirdi və bu, Azərbaycanla münasibətlərin saxlanılması baxımından zərərli idi:
"Qarabağda separatçı rejimin “başına” gətirilməsi planlaşdırılan Vardanyan Rusiya vətəndaşı olduğu müddətdə bunu edə bilməzdi. Bakının Qarabağdakı ermənilərlə təmaslarında “əsas nümayəndə” kimi sırımaq istədikləri Vardanyanın başqa ölkənin vətəndaşı olması bu imkanı zəiflədirdi. İndi Rusiya “Vardanyan məsuliyyəti”ndən xilas olur və istisna deyil ki, yaxın dövrdə separatçı rejimə “rəsmi” olaraq “rəhbər” olacaq. Və onun Bakı ilə təmaslarda erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi cəhdləri də artacaq. Bu plana qarşı ən effektiv addım Rubenin neytrallaşdırılmasıdır. Həbs etmək, zərərsizləşdirmək, yaxud Qarabağdan çıxışı zamanı geri qayıtmasına imkan verməmək və s. Mövcud situasiyada belə bir addım mümkünsüz görünür, hərçənd, Laçın yoluna nəzarət məsələsi də ağlasığmaz gəlirdi, müəyyən mənada çıxış yolu tapıldı. Vardanyan məsələsində də çıxış yolları var, onun artıq Rusiya vətəndaşı olmamasına mümkün addımlarda Moskva ilə rəsmi şəkildə üz-üzə gəlməyəcəyik kontekstində də baxa bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi