
KTMT-nin Ukraynada mövcudluğu realdırmı? - ŞƏRH
Yusif Nəzərli
05:22 04.03.2022
Siyasət
1097
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılıq fəaliyyəti barədə sazişə dəyişiklik edilməsi haqqında protokolu ratifikasiya üçün təqdim edib.
Sənəd Dumanın elektron bazasında yerləşdirilib.

Qeyd olunur ki, protokol BMT-nin himayəsi ilə keçirilən əməliyyatlarda iştirak edəcək sülhməramlı qüvvələri formlaşdıran "əlaqələndirici dövlət" anlayışının tətbiqini nəzərdə tutur.
"Protokol "əlaqələndirici dövlət" anlayışının tətbiqini və bu dövlətin himayəsində BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edəcək KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur" - sənəddə deyilir.
Qeyd edək ki, protokol 16 sentyabr 2021-ci ildə Düşənbədə imzalanıb.
Ukrayna ilə müharibə şəraitində olduğu dövrdə Rusiyanın bu addımı atmasının səbəbi nədir?
Bu barədə “Şərq”ə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Rusiya siyasi arenasında uzun müddətdir KTMT-nin sülhməramlı fəaliyyətində dəyişikliklər edilməsi gözlənilirdi.
“Daha əvvəl Qazaxıstan hadisələri fonunda təşkilatın silahlı qüvvələrinin bu ölkəyə daxil olması ciddi müzakirələrə səbəb olmuşdu. Çünki KTMT-nin sülhməramlı fəaliyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməmişdi. Boşluqların olduğu ortaya çıxmışdı.
İndiki dövrdə verilən bu qərar boşluqların aradan qaldırılmasına hesablanıb. Eyni zamanda gələcəkdə KTMT-nin hər hansı ölkə ərazisində sülhməramlı kimi fəaliyyətini daha qanuni formada təqdim edə bilmək üçün həmin dəyişikliklər edildi.
Müharibədən sonrakı dövrdə Ukrayna ilə Rusiya arasındakı münasibətlərin hansı səviyyədə olacağı indidən proqnozlaşdırılmır. Əgər yenidən qondarma Donetsk və Luqansk respublikaları öz mövcudluqlarını saxlasalar Rusiya həmin separatçı bölgələrə KTMT sülhməramlılarını daxil edə bilər. Lakin bu da bir qədər sual doğurur. Çünki Qazaxıstan bu məsələdə böyük ehtimalla neytral qalacaq. Yəqin ki, təşkilatın digər üzvləri də Ukrayna ərazisinə ordu çıxarılmasına razı olmayacaq. Ancaq Ukraynada hakimiyyət dəyişikliyi olarsa, rusiyayönümlü şəxslər başa keçərsə, gələcəkdə bu ölkədə həmin sülhməramlıların yerləşdirilməsi müzakirə oluna bilər. Ancaq hazırkı dövrdə və yaxın gələcəkdə KTMT-nin hər hansı formada Ukraynada mövcud olacağını düşünmürəm”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm