Lavrovun müavini: Rusiya Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb və yanaşır
17:03 17.07.2023
Siyasət
570
Rusiya Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb və yanaşır.
APA-nın Moskva müxbiri Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşündə bildirib.
Görüş zaman Cənubi Qafqazdakı vəziyyətin, Bakı ilə İrəvan arasında barışıq prosesinin müzakirə olunduğu qeyd olunub. Rusiya Xarici İşlər Nazirliyinin bu il iyulun 15-də verdiyi bəyanata toxunan Rudenko ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanadığını söyləyib. Onun sözlərinə görə, Rusiya Müttəfiqlik Əməkdaşlığı haqqında ikitərəfli Bəyannamənin ruhuna və hərfinə tam sadiqdir. "Eyni zamanda, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hərtərəfli təşviqi, gündəlikdə duran bütün məsələlərin, o cümlədən Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müstəsna olaraq dinc siyasi və diplomatik üsullarla həll edilməsi vəzifəsini ləğv etmir.
Rusiya tərəfi sülh müqaviləsinin razılaşdırılması mövzusu, ardınca Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçiriləcək sammitində imzalanacaq sözügedən sənədin, razılaşmaların həyata keçirilməsi yollarının müzakirəsi üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib",deyə Rusiya XİN-nin Bülbüloğlu-Rudenko görüşü ilə bağlı məlumatında bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual