Liderlərin intensiv təmasları regionu hara aparır?
Yusif Nəzərli
08:32 30.09.2021
Siyasət
443
Məlum olduğu kimi, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanda səfərdədir. Görüş zamanı tərəflər arasında bir sıra mühüm sənədlər imzalanıb.
Bir müddət əvvəl Qaribaşvili iki ölkə arasında vasitəçilik təklif etmişdi: “Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik”.
Əvvəla, fikrimcə, vasitəçiliyə ehtiyac yoxdur. Çünki Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, artıq münaqişə bitib. Elə isə vasitəçilər nəyi həll etməyə çalışacaqlar?
İkinci bir tərəfdən, Rusiyanın Gürcüstanın "sükan arxasına keçməsinə" imkan verəcəyini düşünmürəm. Bu, Kremlin strateji maraqlarına uyğun deyil. Şimal qonşumuz Cənubi Qafqazda hegemonluq etmək, "suları özü istədiyi vaxt durultmaq və bulandırmaq" niyyətindədir. Əlbəttə, Moskva bunu istəmədiyi təqdirdə Tbilisi nəyəsə nail ola bilməz. Çünki təsir vasitələri çox azdır. Yəni Gürcüstanın vasitəçilik məsələsinin gündəmdə uzun müddət qalacağına inanmıram.
Digər məqam Prezident İlham Əliyevlə Ərdoğanın qaldırdığı altılıq platforması ilə bağlıdır. Nəzəri baxımdan, bu, mümkündür və bəziləri etiraf etməsə də, region dövlətlərinin hər birinə sərf edir. Əsas əngəl Ermənistanın dekonstriktiv mövqeyi və Gürcüstanla Rusiya arasındakı problemdir.
Baş nazir Paşinyanın son vaxtlar səsləndirdiyi bəyanatlar onu deməyə əsas verir ki, İrəvan Ankara və Bakı ilə yaxınlaşmaq niyyətindədir. Amma Tbilisi ilə Moskva arasındakı ədavətə son qoymaq elə də asan deyil. Qaribaşvili ölkəsinin çox kiçik olduğunu anlayır.
Deməli, altılıq platformasının təşkili onun üçün məqsədəuyğundur. Ola bilsin, onun Bakı səfərində bu məsələ də müzakirə edilib. Və, çox güman, Ərdoğan Soçidə Putini inadından döndərməyə çalışıb.
İstənilən halda Azərbaycanın tarixi qələbəsi fonunda regionda yeni geosiyasi mənzərə yaranıb. Xüsusilə, İran, Rusiya və Ermənistan bunu anlamalıdır.
Düşünürəm ki, baş verən hadisələr, o cümlədən liderlərin intensiv təmasları altılıq platformasının yaranmasına doğru gedir.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm