“Makron ermənipərəst ampuladan kənara çıxa bilmir”- Qərəzli bəyanat
Fidan Həmişəyeva
11:52 19.05.2021
Siyasət
838
Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın növbəti dəfə ermənipərəst mövqeyinin şahidi olduq. Fransa prezidenti Emmanuel Makron Azərbaycanı Ermənistan torpaqlarını işğal etməkdə günahlandırır. Belə bir misal var: “Kor kora kor deməsə, bağrı çatlayar”. Makronun sərgilədiyi mövqe də məhz bu misala bənzəyir...
Dövlətimizi işğalçı adlandırması Fransanın ədalət anlayışının və beynəlxalq hüquqa yanaşmasının göstəricisidir. Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi ermənilərin havadarı olan Fransanı narahat edir. Bu narahatlıq o həddə çatıb ki, Makron açıq-aşkar rəsmi hesabından ordumuzun dövlət sərhədini bərpa etməsini Ermənistan torpaqlarının işğalı olaraq adlandırır. Onun belə davranışı isə seçki öncəsi ermənilərin səsini qazanmaqdır.
Millət vəkili Məlahət İbrahimqızının “Sherg.az”a açıqlamasına görə, əslində Makronun belə addım atması bizi təəccübləndirmir. Çünki o, hər zaman ermənipərəst mövqeyi ilə seçilib:
“Fransa prezidenti bu yaxınlarda çəkinmədən və bütün beynəlxalq hüquqları pozaraq açıq-aşkar ermənipərəst mövqe sərgilədi. 44 günlük Vətən müaribəsi zamanı da Fransanın bir qrupu rəsmisi, eləcə də Makron erməni sevdası ilə seçilib. Onlar Türkiyə və Azərbaycana qarşı hər zaman şər kampaniyasını təbliğ ediblər. Məlumdur ki, dünyanın ən güclü erməni diasporu Amerika, Fransa və Rusiyadadır. Fransada isə Makronun kifayət qədər erməni seçiciləri var. Onun öz ölkəsində imici hədsiz dərəcədə aşağıdır və qarşıda seçkilər gəlir. Makronun seçicilərinin əksəriyyəti isə ermənilərdir. Erməni diasporu əvvəlki seçkilərdə də Makrona dəstək verib. Fransa başçısı bilir ki, qarşıdakı seçkilərdə rəqiblərinə məğlub olmaq ehtimalı böyükdür. Ona görə də itirəcəyi nəsə yoxdur, bu baxımdan erməni diasporunun simpatiyasını qazanmaq üçün belə bəyanatla çıxış edib.
Makron yalnız Fransa prezidenti kimi düşünməməli idi. Ona görə də böyük yanlışlığa yol verdi”.
Xanım parlamentarinin qənaətincə, Makron sübut etdi ki, ötən müddət ərzində ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Fransa heç də ədalətli və obyektiv mövqe tutmayıb:
“Bu mənada Makronun atdığı tvit də kifayət qədər diqqəti cəlb etdi. Bilinmir ki, bu tiviti özü yazmışdı, ya kiməsə yazdırmışdı. Amma həmin tvitdə erməni məhəbbətini o qədər böyük formada təzahür etdirmişdi ki, həm fransız, həm ingilis, həm də erməni dilində yazılmışdı. Ona sual vermək lazımdır ki, “Minsk qrupunun həmsədr ölkəsi kimi ötən dövr ərzində təcavüzkar Ermənistana bir dəfə olsun deyib ki, ordusunu geri çəksin?”. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə yazılıb ki, Ermənistan ordusu təcili şəkildə Azərbaycan torpaqlarından çıxmalıdır. Makron belə düşüncələrdən uzaq adamdır. Müharibənin ilk həftələrində ermənipərəst mövqeyini gizlədə bilməsə də, Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun qələbəsindən sonra çalışdı ki, neytral mövqe sərgiləsin. Lakin bu günlərdə səsləndirdiyi fikir bir daha göstərdi ki, o, ermənipərəst ampuladan kənara çıxa bilmir. Yenə də ortaya çıxdı ki, Makronun dünyada təcavüzkar dövlət kimi tanınan Ermənistanın mənafeyinə xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
17:28 27.06.2026
Gündəm
XXI əsr Türk Dünyasının yüksəliş dövrü ola bilər - Ali Satan
17:22 27.06.2026
Gündəm