Malta Prezidenti Azərbaycan lideri İlham Əliyevi təbrik edib
17:41 15.02.2024
Siyasət
439
Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"İcazə verin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi çatdırım.
1995-ci ildə diplomatik əlaqələr qurulandan bəri Malta Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər yüksək səviyyədə inkişaf etmişdir. Ölkələrimiz qarşılıqlı hörməti və mehriban dostluğu daha da gücləndirməklə yanaşı, sıx əməkdaşlığı və dərin anlaşmanı inkişaf etdirmişlər. Əminəm ki, ölkələrimizin xalqlarının ümumi mənafeyi naminə Malta ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün nəzərdə tutulan yeni sahələrin araşdırılması yolu ilə möhkəmləndirilə bilər.
Mən, həmçinin ölkələrimizin çoxtərəfli səviyyədə, xüsusən də Birləşmiş Millətlər Təşkilatında ümumi üzvlüyümüz vasitəsilə əlaqələrinin səmərəli inkişafını yüksək qiymətləndirirəm. Bundan əlavə, Malta Respublikası Şərq Tərəfdaşlığı (ŞT) kimi regional dialoq çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında sıx və strateji tərəfdaşlığın davamlı tərəfdarı olaraq qalır.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayır və ən yüksək ehtiramımı çatdırıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media