Mikayıl Cabbarov: “Azərbaycan-Misir əlaqələri qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf edir”
Yusif Nəzərli
17:49 27.01.2023
Siyasət
474
Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələr qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf edir.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşündə deyib.
Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Nazir hazırda dünyada yaşanan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının 2022-ci ildə sabit inkişaf dinamikası nümayiş etdirdiyini, ümumi daxili məhsulun 4,6 faiz artdığını bildirib. Qeyd edilib ki, bu dövrdə qeyri-neft-qaz sahəsində artım 9,1 faiz təşkil edib, qeyri-neft ixracı 12 faizdən, ölkənin ümumi ixracı 73 faizdən çox artıb.
Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M.Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib.
Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran nazir deyib ki, Azərbaycanın Afrikada ilk səfirliyi 1994-cü ildə Misirdə açılıb. İki ölkə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Misir arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd edən Mikayıl Cabbarov bildirib ki, hazırda ölkəmizdə Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir.
“Bununla belə, investisiya sahəsində əməkdaşlığın, qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük potensial var. İnanırıq ki, Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə təşkil olunan tədbirlər, Azərbaycan-Misir İşgüzar Şurasının yaradılması istiqamətində aparılan işlər bu potensialın reallaşdırılmasına töhfəsini verəcək”, - nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat