Millət vəkili: “Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir”
Ayyət Əhməd
10:52 05.10.2019
Siyasət
895
“Tam məsuliyyətimizlə deyə bilərik ki, Azərbaycan öz enerji potensialı və ədalətli enerji siyasəti ilə Avropanın enerji xəritəsini dəyişdirir”. Sherg.az-ın məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində bu gün keçirilən sərbəst müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, deputat Sahibə Qafarova deyib. Millət vəkili qeyd edib ki, bu sessiya çərçivəsində qitə dövlətlərini təhdid edən, real təhlükə mənbəyi kimi çıxış edən bir çox məsələlər müzakirə olundu:
"Hesab edirəm ki, müasir dövrdə kifayət qədər aktual olan məsələlərdən biri də enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi bu gün, faktiki olaraq, dövlətlərin milli təhlükəsizliyinin ən mühüm komponentlərindən biridir. Son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Avropa ölkələrinin dövlət və hökumət başçıları bununla bağlı öz narahatlıqlarını dəfələrlə dilə gətiriblər. Onlar Avropa ölkələrinin ən zəif, həssas yerinin enerji təhlükəsizliyi ilə bağlı olduğunu bildirirlər. Avropa üçün ənənəvi enerji mənbələri, təbii olaraq, tükənir. Biz çox da uzaq olmayan keçmişin təcrübəsində enerji məsələlərindən bəzən təzyiq, təhdid vasitəsi kimi istifadə olunduğunu müşahidə etmişik. Ona görə də düşünürəm ki, bu gün enerji məsələlərinə daha çox diqqət ayırmalı, bu istiqamətdə ədalətli, proqressiv fəaliyyəti dəstəkləməliyik”.
Xanım deputat vurğulayıb ki, Azərbaycan da zəngin karbohidrogen yataqlarına malik ölkədir:
“Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan xalqı "Əsrin müqaviləsi"nın 25 illiyini qeyd etdi. Bu müqavilənin imzalanması Azərbaycanın inkişaf tarixində, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan enerji mənbələrinin, marşrutlarının şaxələndirilməsi mövqeyindən çıxış edir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata vəsiqə alan enerji layihələri regional və qlobal miqyasda da uğurlu əməkdaşlıq platformalarının formalaşmasında mühüm rol oynayıb. Azərbaycan miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində strateji amil kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir. Bəli, bu gün Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır. Azərbaycan hazırda Avropa üçün yeganə yeni mənbədir. Ölkəmiz enerji ehtiyatlarının ixracında şaxələndirilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou