Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı səsləndirilib
08:19 26.12.2023
Siyasət
412
Milli Məclisin dekabrın 26-da keçirilən plenar iclasında parlamentdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin - 23 deputatın adından Bəyanat səsləndirilib.
AZƏRTAC xəbər verir ki, bəyanatı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli oxuyub.
Bəyanatda vurğulanır ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi etimad quruculuğu vasitələrindən biridir.
Həmçinin bəyanatda Qərbi Azərbaycanın indiki Ermənistanın ərazisində tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkan olduğu, əhalinin dəfələrlə öz doğma yurdlarından sürgün edildikləri, amansızlıqla qətlə yetirildikləri bildirilir. XVIII əsrdən başlanan deportasiya üç müxtəlif (1905–1920, 1948–1953, 1988–1992) mərhələni əhatə edib.
Qalib Azərbaycanın sülhün bərqərar olunmasında, Ermənistanla normallaşma istiqamətində səylərini davam etdirdiyi diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region