Milli Məclisin İntizam Komissiyası Erkin Qədirlini müzakirəyə çıxara bilər
Yusif Nəzərli
08:04 26.01.2023
Siyasət
475
"Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.
O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib. Deputat qeyd edib ki, həmkarı bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan bütün deputatların seçimini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoyub:
"Bu, əslində illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən, şər, böhtan, iftira yağdıran anti-Azərbaycan qüvvələrinin içərisində yer almaq deməkdir".
Onun sözlərinə görə, əgər Erkin Qədirli həqiqətən də demokratik yolla deputat seçilməyibsə, onda ötən üç il ərzində mandatından imtina etməliydi. Bununla da özünün indi demiş olduğu fikirlərə uyğun addım atmış olardı:
"Bu zaman ona kimsə hansısa formada haqq qazandıra bilərdi. Ancaq üç il mandatdan, onun səlahiyyətlərindən istifadə edib, Milli Məclisin plenar və komitə iclaslarında iştirak edib, özünü bu platformadan cəmiyyətə tanıdıb, daha sonra bu gün ölkədə gedən demokratik proseslərə böhtan atmaq heç bir dəyərə, qərəzsiz və səmimi fikirlərə söykənmir. Ona görə də Erkin Qədirlinin bu fikirlərini rədd edir, eyni zamanda dediklərini özümə qarşı böhtan kimi dəyərləndirirəm. Fikrimcə, bəlkə də bütün deputatlarımız mənim bu fikirlərimlə razılaşar ki, ötən seçkilərdə yetərincə çətin bir rəqabət mühiti var idi və o zaman mən xalqın dəstəyi ilə digər namizədlərə qalib gələ bildim".
"İntizam Komissiyasının üzvü kimi hazırda məsələ ilə bağlı mənə çoxsaylı suallar ünvanlanır. Milli Məclisin Nizamnaməsinə və İntizam Komissiyasının əsasnaməsinə uyğun olaraq bu və ya digər deputatın fəaliyyətində Nizamnamə və Əsasnamənin qaydaları pozularsa, bu, ölkə rəhbərliyi tərəfindən gündəliyə gətirilir
Belə ki, araşdırmalar aparılır və ehtiyac olarsa, İntizam Komissiyasına təqdim edilir. İntizam Komissiyası da həmin deputatın əməllərini obyektiv və qərəzsiz müzakirə edərək qərar verir. Hələ ki, məndə olan məlumata görə, bununla bağlı İntizam Komissiyasına müraciət olunmayıb. Baxaq görək Milli Məclis rəhbərliyinin məsələyə münasibəti nə olacaq. Biz də İntizam Komissiyası kimi Əsasnaməyə söykənərək müzakirələr aparıb məsələ ilə bağlı müvafiq qərarımızı verəcəyik".
Qeyd edək ki, ötən gün E.Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat