Moskva tərəfdaşlarını sülhəramlı qüvvələrdə fəaliyyətə cəlb etməyə çalışır - TƏHLİL
09:10 12.12.2021
Siyasət
351
“Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin hərbi nümayəndələri BMT-nin sülhəmarlı təcrübəsini öyrənmək məqsədilə Livana gediblər”.
Bu barədə “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləti Təşkilatının keçmiş SSRİ ərazisində heç bir ortaq missiyası yoxdur. Bu bölgədə nə edilirsə, Rusiya təkbaşına edir:
“Buna baxmayaraq, Moskva tərəfdaşlarını da sülhəramlı qüvvələrdə fəaliyyətə cəlb etməyə çalışır. Təsadüfi deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin baş qərargah rəisləri dekabrın 8-də onlayn müzakirəsində haqqında danışılan mövzunu müzakirə ediblər. Rusiyanın Baş Qərargah rəisi Valeriy Qerasimovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ortaq sülhməramlı qüvvələri BMT-nin sülhəramlı missiyasında iştirak edə bilər. Qerasimov beynəlxalq sülhəramlı missiyada iştirak üçün hərbi müşahidəçilərin hazırlanması gərəkliyini bildirib.Rusiyanın KTMT çərçivəsində formalaşdırmaq istədiyi sülhməramlı missiya gələcəkdə Qarabağda rusiyalı hərbçilərə qoşula və ya onları əvəz edə bilərmi? Bu mənada başqa bir sual da aktuallaşır: KTMT-nin sülhməramlı missiyası Qarabağda yerləşmək istəyərsə, Azərbaycanın mövqeyi necə olmalıdır? Rusiya Qarabağdakı hərbi missiyasının saxlanılmasına kifayət qədər maliyyə ayırır. Buna baxmayaraq, Moskva şikayətçi deyil”.
E.Şahinoğlu bəyan edib ki, Kremli belə məsələlərdə xərclənən maliyyə düşündürmür:
“Onun üçün önəmli olan Rusiyanın Azərbaycanda hərbi varlığını davam etdirməkdir. Ancaq Kremldə hiss edirlər ki, rəsmi Bakı Rusiya hərbçilərinin Qarabağda müvəqqəti yerləşdiyi firkrini hər dəfə xatırladır. Ona görə də Kreml Azərbaycanda hərbi “fəaliyyətini” qeyri-müəyyən müddətə davam etdirmək məqsədilə rəsmi Bakının razılığını almaq üçün mövcud hərbi missiyasına Bakının tərəfdaşları olan Qazaxıstan və Belarus hərbçilərini də daxil etmək istəyə bilər. Ancaq buna razılaşmaq olmaz. Bu hiylədir. Hər nə qədər Qazaxıstan və Belarus Azərbaycanın tərəfdaşları olsa da, onlar Qarabağda Rusiyanın istəklərinə tabe olacaqlar. Bununla Azərbaycanın Qazaxıstan və Belarusla münasibətlərində əlavə suallar yaranacaq ki, bu tərəflərin heç birinin maraqlarına uyğun deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə