
Moskvanın təsir rıçaqları: Cənubi Qafqazda Azərbaycan faktoru var və Türkiyə təsirləri artır
12:23 23.08.2024
Siyasət
441
“Rusiyanın Qarabağ müharibəsinin başa çatmasından sonra Cənubi Qafqazda əvvəlki mövqelərini qazanması çox çətin olacaq”.
Bunu Ermənistanın Alternativ Layihələr qrupunun üzve Vahe Ovannisyan deyib. Onun sözlərinə görə, Moskva artıq belə bir şeyin mümkün olmadığını anlayıb: “Türkiyə də artıq regiondadır, Azərbaycanla yaxın əlaqələri və ikisi arasında imzalanmış Şuşa Bəyannaməsi var. Ermənilərin “artsax”ı daha yoxdur, Qarabağ məsələsi bağlanıb. Yəni Moskva Bakıya təsir rıçaqlarını itirib. İndi Rusiya özü Türkiyə və Azərbaycanın logistika, tranzit imkanlarından asılıdır. Digər tərəfdən, Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Köhnəyə dönüş yoxdur, amma yeni reallıq fonunda mübarizə gedir. Bu isə İrəvana həm yeni imkanlar, həm də risklər gətirəcək”.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Vahe Ovannisyan bu çıxışı ilə Azərbaycan və Türkiyəyə mesaj ötürür:

“Yəni onun antirusiya fəaliyyət dairəsini daha da genişləndirmək anlamında fikirlər ötürdüyünü düşünürəm. Amma Cənubi Qafqaza antirusiya ovqatını gücləndirmək yox, müstəqil siyasət yürüdərək öz mövcudluğunu saxlamaq önəmlidir. Erməninin dediklərinin bir qismində həqiqət payı var. Çünki Rusiya bölgəni Abxaziya, Osetiya və Qarabağ kartı ilə əlində saxlayırdı. Həmin kartlardan biri rəsmi Moskvanın əlindən çıxıb. Rusiya Zəngəzur dəhlizi ilə məsələni tənzimləmək istəyirdi ki, bunun da gərçəkləşməmə riskinin böyük olduğunu görürük. Rusiyanın nəzarəti altında Zəngəzur koridorunun reallaşmamaq riski yüksəkdir. Bu mənada Azərbaycan və Türkiyənin birlikdə ciddi çalışmaları mövcuddur. Cənubi Qafqazda Azərbaycan faktoru var və regionda Türkiyə təsirləri artır. Ermənistan isə Azərbaycan və Türkiyəyə qoşulmalı, rəsmi Bakının irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Həmçinin Türkiyəyə qarşı olan ərazi iddiasından əl çəkməli və sərhədlərin açılmasına çalışmalıdır. Rusiyanın Cənubi Qafqazda mövqeyləri onsuz da zəifdir. Ötən hər dövrdə isə şimal qonşumuzun təsir imkanlarının zəifləmə ehtimalı daha da çoxalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol