Müharibə alovlansa Türkiyəyə böyük köç başlayacaq
Turan
15:34 18.07.2021
Siyasət
553
Əfqanıstan ərazilərinin önəmli hissəsinə nəzarəti ələ keçirən "Taliban" Hərəkatı Türkiyə ilə bağlı mövqeyini ortaya qoyub. Təşkilat sözçüsü Zabiulla Mücahid Ankaranın "Taliban"a yanaşmasını bəyənmədiklərini bildirib. Mücahid vurğulayıb ki, Qərbdə görüşdükləri ölkələrin çoxu onlara dövlət protokolu tətbiq edirlər. Lakin türk rəsmilər "Taliban"a şərti Suriya müxalif qruplaşması kimi yanaşır: “Türkiyəyə və onun xalqına düşmən münasibət bəsləmirik. Ümumi dinimiz, tariximiz var. Xalqlarımız biri-birlərini çox sevirlər. Türkiyəyə qarşı deyilik, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman dünyası üçün vacib liderdir. Amma istəmirik ki, Türkiyə Əfqanıstanda NATO nümayəndəsi kimi iştirak etsin”. Təşkilat nümayəndəsi vurğulayıb ki, onlar Türkiyə ilə münasibətləri inkişaf etdirməyə hazırdırlar: “Ərdoğanla görüşüb, onu Əfqanıstandakı situasiya ilə bağlı xəbərdar etmək istəyirik”.
Məlumat üçün bildirək ki, Əfqanıstanda vəziyyət pisləşir. Hökumət qüvvələri ilə iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma genişlənməkdədir. ABŞ-ın sentyabrın 11-dək qoşunlarını çıxaracağı barədə vədləri fonunda ölkədə qeyri-sabitlik artıb. Rusiya Xarici işlər naziri Sergey Lavrov da proseslərin gərginləşməsindən narahatlıq ifadə edib. Lavrov baş verənləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqələndirib. Onun fikrincə, “qeyri-sabitliyin qonşu dövlətlərə keçmə” riski də var.
Prosesləri “Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, "Taliban" sadəcə Əfqanıstan yox, bölgə üçün ciddi təhlükəyə çevrilməkdədir. Analitik bildirib ki, vaxtında qarşısı alınmazsa, təşkilatın yayılması təkcə Əfqanıstanla məhdudlaşmayacaq:
“Əfqanıstanda vəziyyət qarışarsa, vətəndaş müharibəsi alovlanarsa, Türkiyəyə ciddi köç başlaya bilər. SSRİ Əfqanıstanı işğal edəndə bu, baş vermişdi. Dini və tarixi bağlara görə, qardaş ölkəyə xeyli əfqan üz tutmuşdu. Əfqanıstanda vətəndaş müharibəsinin qarşısının alınmasını və "Taliban"ın məhdudlaşdırılmasını düşünən, bununla bağlı plan quran ölkələr var. ABŞ-ın 11 sentyabrdan sonra Əfqanıstana gəlişi, orada gördüyü işlər, “ölkəni dirçəltmək” iddiaları özünü doğrultmadı. Əgər əsas məqsədləri bölgəni qarışdırmaq, böhranı dərinləşdirmək idisə, buna nail oldular. Hazırda Əfqanıstanı daha riskli proseslər
gözləyir. Qonşu dövlətlər də potensial təhlükədən sığortalanmayıblar. "Taliban"la danışıqlar aparan bir ölkənin, Rusiyanın XİN rəhbəri Sergey Lavrov öz narahatlığını bəyan edirsə, deməli vəziyyət mürəkkəbdir. Region ölkələrinin təşvişi aydın sezilir”.
A.Aslanlı "Taliban"ın Türkiyəyə xəbərdarlıq etməsinə də münasibət bildirib: "Taliban" nümayəndəsi vurğulayıb ki, Türkiyə NATO təmsilçisi kimi Əfqanıstana gəlməməlidir. Ancaq bunun cavabı artıq verilib. Məlumdur ki, Türkiyə Əfqanıstanda Qərbin və NATO-nun təmsilçisi kimi deyil, milli güc timsalında təmsil olunacaq. Yəni hərbi alyansın komandanlığı altında Əfqanıstanda fəaliyyət göstərməyəcək. "Taliban"ın radikal yanaşması isə odur ki, ümumiyyətlə, Əfqanıstanda heç bir dövlətin ordusu olmamalıdır. Əfqanıstanı da, qərar vermək ərəfəsində olan Türkiyəni də çətin dövr gözləyir. Əfqanıstandan çıxmağın da, orada qalmağın da yarada biləcəyi ciddi nəticələr qaçılmazdır. Türkiyədə isə hər iki qərarın əleyhinə çıxanlar olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm